adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Aprel 2019 09:47
19985
MARAQLI
A- A+

Alçanın kiloqramı 100 dollara satılır - İranda

İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır.

Trend-in məlumatına görə, bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.

Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.

Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil.