adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Aprel 2019 09:14
25149
DÜNYA
A- A+

SON DƏQİQƏ! Şri-Lankada yenə PARTLAYIŞ oldu

Səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 40 kilometrliyində Puqoda rayonunda partlayış baş verib.

Ölən və yaralananlar barədə hələ məlumat yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi nəzarətə götürülüb.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.