adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Aprel 2019 17:58
6707
MƏMLƏKƏT
A- A+

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,aprelin 26-dahavanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.

Aprelin 27-dədə hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.

Aprelin 28-dəyağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.