adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2019 17:26
16451
İDMAN
A- A+

Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayır

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.