hacklink Adalet.az | ABŞ TÜRKİYƏNİ NATO-dan ÇIXARMAQLA HƏDƏLƏYİR Adalet.az | ABŞ TÜRKİYƏNİ NATO-dan ÇIXARMAQLA HƏDƏLƏYİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

ABŞ TÜRKİYƏNİ NATO-dan ÇIXARMAQLA HƏDƏLƏYİR

19609    |   2019-04-24 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu «RİA-Novosti»yə verdiyi məlumatda bəyan edib ki, rəsmi Ankara ABŞ-ın bu ölkəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin verilməsindən imtina edərsə, Türkiyə eyni nəsildən olan bu tip təyyarələri başqa ölkələrdən alacaq.

Vaşinqton Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərinin alması ilə bağlı Ankaraya F-35 təyyarələrini verməyəcəyi ilə hədələyib. Bu günlərdə KİV-lərdə yayılan xəbərlərə görə, Türkiyə belə olan halda Rusiyanın Su-57 təyyarələrini alacaq.

«Biz nəyə görə S-400 raketlərini alırıq? Ona görə ki, bizim təcili olaraq havadan müdafiə sistemlərinə ehtiyacımız var. Biz F-35 təyyarələrinin istehsalı layihəsinin iştirakçılarıyıq. Buna görə lazım olan maliyyə vəsaiti də ödəmişik. Hazırda bu məsələ ilə bağlı heç bir problem yoxdu. Lakin vəziyyət ən pis ssenari ilə davam edəcəksə, biz bu sahədəki tələbatlarımızı bizə daha yaxşı texnologiya təqdim edən başqa ölkədən ödəyəcəyik»- deyə Çavuşoğlu məsələyə aydınlıq gətirib.

Türkiyə XİN-in rəhbəri əlavə edib ki, rəsmi Ankara Rusiya və ABŞ-la münasibətlərində kifayət qədər açıq siyasət aparır.

S-400-lər ətrafında yaranan mübahisələr Vaşinqtonun Türkiyəni NATO-dan çıxarılması hədələri ilə davam etməkdədi. Çavuşoğlu isə bunu «real olmayan ssenari» adlandırıb. «Alyansın tərkibində bütün qərarlar mütləq səslə qəbul olunur. Əgər Türkiyə NATO-nun üzvü kimi «yox» deyərsə, onun Alyansdan çıxarılması qeyri-mümkündur».

Mehriban CƏFƏROVA




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK