adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2019 16:35
23879
DÜNYA
A- A+

KİM ÇEN IN RUSİYADA

Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ilk dəfə olaraq Rusiyaya gəlib. İki dövlət başçısının görüşü 25 apreldə Vladivostok şəhərində baş tutacaq.

KXDR sədrinin zirehli qatarı Rusiya ərazisində ilk dayanacağı Primorsk dairəsinin Hasan stansiyasına edib. Burada onu Uzaq Şərqin inkişafı üzrə RF-nın naziri Adeksandr Kozlov, Primoriya dairəsinin qubernatoru Olek Kojemyako, KXDR-in baş konsulu Ço Sok Çxol və Rusiyanın KXDR-dəki səfiri Aleksandr Maseqora qarşılayıb.

Şimali Koreyanın rəhbəri Rusiya torpağına gəlməyinə çox şad olduğunu, buraya çoxdan gəlmək arzusunda olduğunu və bu ölkəyə onun sonuncu gəlişi olmayacağını bildirib. O qeyd edib ki, atası Kim Çen İr həmişə Rusiyaya bö yük sevgi ilə yanaşıb. Və o da bu ənənəyə sadiq qalaraq dövlətlərarası tərəfdaşlığın daha da inkişaf etdirilməsinə çalışacaq. «İnanıram ki, gələcəkdə də sizin prezidentlə dostluq əlaqələrinə güvənərək Ruisyaya səfərlərimi davam etdirəcəm»- deyə KXDR-in lideri bildirib.

«Prima Media» informasiya agentliyinin məlumatına görə, Uzaq Şərqin paytaxtı Kim Çen Inın tarixi səfəri ilə ciddi hazırlıq işləri aparır. Zirehli qatarı qəbul edəcək vağzal və onun ətrafı sabunla yuyulub və rənglənib. Vağzalın giriş qapısı Kim Çen Inın özü ilə gətirdiyi «Limuzin»in ölçüsünə görə 20 sm. genişdəndirilib.

ABŞ Dövlət Departamenti «ABC nwus» agentliyinə bildirib ki, Rusiya və KXDR dövlət başçılarının görüşünü diqqətlə izləyəcəklər.