warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Repressiyaya qurbanının həyatı kitabda Adalet.az | Repressiyaya qurbanının həyatı kitabda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Repressiyaya qurbanının həyatı kitabda

3592    |   2019-04-24 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

" Mən ondan müsahibə alanda o artıq bəraət qazanıb Azərbaycana qayıtmışdı, yaşı doxsana yaxın olardı və təqaüdə də çıxmışdı. Çox təəssüf hissi keçirdiyini bildirsə də, artıq çox gec idi. Onun adı Azərbaycan tarixində Xalq Cümhuriyyətinin parlamentində cəsusluq edən bir qadın kimi qalmışdı. "

Müsahibimiz mətbuat tarixi tədqiqatçısı, Əməkdar jurnalist Qərənfil Dünyaminqızıdır. Onunla " XX əsrin 30-cu illərində Azərbaycanda Repressiyaya məruz qalmış qadınlar " mövzusunda söhbətləşdik.

- Repressiyaya qurban gedən qadınlar sırasında hansı şəxslərin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub?

- Bu dövrdə bir çox ziyalı xanımlarımız repressiyanın qurbanı oldu. Məsəl üçün, Məryəm Bayraməlibəyova, Mədinə Qiyasbəyli, Ayna Sultanova, Ceyran Bayramova və digərləri.. Lakin bu xanımların bəziləri - Ayna Sultanova, Ceyran Bayramova bolşevizm ideologiyasını qəbul edən və ölkə ərazisində bunu təbliğ edən xanımlar idi. Ayna Sultanovanın həyat yoldaşı Həmid Sultanov da sovet dövründə fövqəladə komissiyanın sədri idi. Onların hər ikisi bolşevizmin təbliğatını aparan, Sovetlərin Azərbaycanı işğal etməsində böyük rolu olan şəxslər olublar. Məryəm Bayraməlibəyova isə bu ideologiyanı qəbul etməyən bir pedoqoq idi. Məryəm xanımı ona görə həbs etdilər ki, o Xalq Cümhuriyyətinin qurucularından olan general rütbəli Məlik Yeqarovla ailə həyatı qurmuşdu. Əvvəlcə həyat yoldaşını həbs etdilər, sonra Məryəm xanımı da həbs edib sürgünə göndərdilər. Üç övladını isə əlindən alıb kimsəsiz uşaqlar evinə verdilər.

Dövrünün tanınış publisisti olan Seyid Hüseynin həyat yoldaşı, dövrünün tanınmış şairəsi Ümmügülsüm Sadıqzadənin adını da nümunə gətirmək olar. Seyyid Hüseyni həbs etdikdən sonra Ümmügülsüm Sadıxovanı da həbs etdilər. Təbii ki, onun yaradıcılığındakı istiqlalı, müstəqilliyi təbliğ edən mövzulardan başqa, M.Ə.Rəsulzadənin əmisi qızı olması da ona qarşı təzyiqlərin artmasına zəmin yaradırdı.

- Repressiyaya məruz qalan bu qadınlardan ən faciəvi, dəhşətli həyat yaşayanlar kimlər olub?

- Təbii ki, hamısı faciəli həyat yaşayıblar. Hamısı həbs edilib, təhqirlərə, təqiblərə məruz qalıblar. Onlara həbsxanada, sürgündə dəhşətli işgəncələrlə əzab veriblər. Amma mən tələbəlik illərində oxuduğum xatirələrə, Şükriyyə xanımın, Ceyran xanımın danışdıqlarına və müsahibələrə əsaslanıb deyə bilərəm ki, ən faciəvi repressiya qurbanı məhz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım olub. Ə.Cavad həbsindən sonra Şükriyyə xanım da həbs olunaraq sürgün edildi. O danışırdı ki, sürgün zamanı uzun müddət qatarla yol gedirlər. Vaqonlarda onlarla yanaşı heyvanlar da aparırlarmış. Vaqondakı üfunət, çirkab, havasızlıq onları lap pis vəziyyətə salırmış.

Şükriyyə xanımın yaxınlarının qeydlərinə görə o, paltarını çirkaba, ayaqyoluna sürtüb geyinirmiş ki, ona heç kəs yaxın düşə bilməsin. O, Əhməd Cavadın namusunu elə qoruyub- saxlayıb. Şükriyyə xanım Ceyran Bayramova ilə sürgündə bir yerdə olublar.

Qeyd edim ki, onlar fərqli xarakterə məxsus insanlar idi. Ceyran xanım Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə işləyən ilk azərbaycanlı xanım olub. Lakin uzun illər sonra arxivlər açıldıqdan sonra bəlli oldu ki, Ceyran xanım parlamentdən bolşeviklərə cəsusluq edirmiş. Sovet ordusu Azərbaycanı işğal edəndən sonra Ceyran xanım bir sıra vəzifələrə təyin olunsa da, 1937-ci ildə həbs edilib, 1938-ci ildə Şükriyyə xanım ilə birgə sürgün edildi.

Mən ondan müsahibə alanda o artıq bəraət qazanıb Azərbaycana qayıtmışdı, yaşı doxsana yaxın olardı və təqaüdə də çıxmışdı. Çox təəssüf hissi keçirdiyini bildirsə də, artıq çox gec idi. Onun adı Azərbaycan tarixində Xalq Cümhuriyyətinin parlamentində cəsusluq edən bir qadın kimi qalmışdı.

- Repressiya dövründə baş verən hadisələr haqqında kifayət qədər sənədlər, sübutlar var. Bəs heç bir rəsmi mənbəyə əsaslanmayan müxtəlif təzyiqələr, təcavüzlər barədə məlumatlar necə əldə edilib?

- Məlumatlar yayılırdı. O zaman bəraət verilsə də, insanların canında 1937-ci ilin xofu var idi. Bu səbəbdən heç kim yaza bilmirdi. Ona görə də həbs olunanlar, sürgündən gələnlər, onların yaxınlarından sağ qalanlar neçə illər sonra, 1988-ci ilin sonu, 1990-cı illərdə danışdılar. Hansı ki, başlarına gələnlər xatirə kimi yazılmışdı, lakin dərc eləməyə qorxurdular , onlar tapıldı. Beləliklə hər şey aşkara çıxdı.

- Azərbaycanın milli mücadiləsində də önəmli rolu olan repressiya qurbanı olmuş qadınlar olub. Əgər onlar Repressiyaya məruz qalmasaydılar, tarixdə hansı dəyişikliklər baş verərdi?

- Repressiya qurbanı olan qadınların böyük əksəriyyəti oxumuş, savadlı qadınlar idi. Mədinə xanım Qiyasbəyli ilk Azərbaycanlı xanım musiqişünas (pionina ifaçısı) idi. Həmçinin Məryəm Bayraməlibəyova Lənkəranda qız məktəbini açanlardan olub. Və digər qadınlar da bunlara bənzər işlər görüblər. Yəqin ki, onlar sağ qalsaydılar, Azərbaycanda maarif, mədəniyyət, səhiyyə sahəsində çox böyük işlər görərdilər.

- Repressiya dövründə həbs olunan, sürgün olunan Azərbaycanlılara qarşı təcavüzlər, təhqirlər, zorakılıqlar xüsusi olaraq "yuxarıların" göstərişi idi, yoxsa bu çarəsizlikdən sui-istifadə edirdilər?

- Yenə də Ceyran xanımdan, Şükriyyə xanımdan aldığım müsahibələrə, oxuduğum xatirələrə əsaslanıb deyə bilərəm ki, bu prossesdə azərbaycanlıların da rolu az olmayıb. Təbii ki, bütün ölkə mərkəzdən idarə edilirdi. Burda səlahiyyətli şəxslər tapşırıqları həyata keçirirdilər. Lakin o qadınlara ki, elə əzab verilirdi, onların şəxsiyyəti alçaldılırdı, bütün bunlar tək-tək mərkəzdən tapşırılmırdı. Düzdü, rəhbərlik milliyyətcə ruslar, ermənilər, gürcülər, yəhudilər idi. Azərbaycanlılar az idi. Amma buna baxmayaraq idarəçilikdə azərbaycanlı olanlar da sanki insanlıqlarını itirmişdilər.

Məsələn, Əliheydər Qarayev. Bolşeviklər ona ən yüksək hərbi rütbə vermişdilər. Hərbi libasının boyunluğunda hər tərəfdə dörd romd vardı, bu da general rütbəsinə bərabər idi. O, özü həbs edilib güllələnənə kimi həbs, sürgün olunanların çoxu onun "xeyir-duası" ilə cəzalandırılırdı. Və yaxud, Fövqəladə komissiyanın sədri Həmid Sultanov Gəncədə bolşeviklər əleyhinə qalxan üsyanı yatırmaq üçün göndərilir və üsyanı yatırır. Sonra Bakıya gəlir və Bakıda iclasda fəxrlə deyir ki, Gəncədə bir başıpapaqlı adam qoymadım.

Yəni bütün bu olanları kimlərinsə üstünə atmaq da olmaz.

- Əhməd Cavadla Mir Cəfər Bağırov əvvəllər yaxın olublar, hətta Bağırov Əhməd Cavadın evinə bir neçə dəfə qonaq gedib, Şükriyyə xanım ona süfrə açıb. Sizcə Ə.Cavad güllələnəndən sonra Şükriyyə xanıma olan zorakılığa M.C.Bağırovun səssiz qalmasına səbəb nə idi ?

- Təbii ki, bunun birbaşa vəzifə ilə də əlaqəsi var. Bəzən isə deyirlər ki, Bağırovun bu işlərdən xəbəri olmayıb. Kommunizm dövründə ölkə daxilində baş verən hadisələrdən onun xəbər tutmaması mümkünsüz idi. Onun da razılığı olmadan Şükriyyə xanımı həbs edə bilməzdilər.

- XX əsrin əvvəllərində çıxan mətbu orqanlar bu yaşananlara necə münasibət bildirirdilər?

- Məsələn, "İnqilab və mədəniyyət", "Hücum" jurnalları, "Ədəbiyyat", "Kommunist" qəzetləri repressiyanı alqışlayan mətbu orqanlar idi.

1930-cu illərə qədər aprel işğalına, bolşevizmə qarşı çıxan, sözünü deyən mətbu orqanlar, yazarlar var idi. Lakin 1930-cu ildən sonra onlar da susduruldular.

Rəhman Mirzəlizadə

Fehruz Rza, Ümüd Oruc

BDU-nun jurnalistika fakültəsi tələbələri




İmza:
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK