Əbülfət MƏDƏTOĞLU: BİRNƏFƏSƏ YAZDIĞIM İSTİ SÖZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
44331 | 2019-04-24 16:17

Elə yazı var ki,onu aylarla yazırsan, illərlə redaktə edirsən. Amma elə yazı da var ki, birnəfəsə,bir udum suyu içmək fürsətində kağıza köçürülür. Bax, elə oxuyacağınız yazını həmillərlə yazmışam, həm də birnəfəsə. Ona görə ki, bu yazı həyatımın, ən gözəlgünlərimin şahidlərinin biri barəsindədi. Və deməli, həm də özüm haqqımdadı...

Onda 1980-ci ilidi. Və onda biz hərəmiz ölkənin bir tərəfindən Bakıya gəlmişdik, tələbə olmaqüçün... Təbii ki, bizim bir qrupumuz universitetə yeni qəbul olunan tələbələrdənyaş baxımından seçilirdi. Çünki biz təhsilə həyatdan gəlirdik. Orta məktəbi dəbitirmişdik, hərbi xidməti də başa vurmuşduq, hələ üstəlik, əlimiz zəhmətə dəöyrənmişdi, ovuclarımızın içində qabar yerləri də var idi...

Tələbəliyinşirinliyi o şineldən çıxanlara yaxşı məlumdur. Və biz də o şinelin içərisindəbir-birimizlə ünsiyyət qurduqca ayların, illərin uzanmasını istəyirdik. Ammaneyləyək ki, o zamanı durdurmaq, nə də uzatmaq bizim əlimizdə deyil. Bizimbacardığımız o yaşanan zamanı unutmamaq və onun dadını çıxarmaq idi. Mən də digərtələbə yoldaşlarımla birlikdə bu fürsəti əldən vermək istəmirdik. Və əlimizdəolan fürsətin hər bir çalarını özümüzünküləşdirirdik. Bax, özümünküləşdirdiyimzamanın içərisində onun ayrıca yeri var. Elə buradaca deyim ki, tələbəyoldaşlarımın içərisində Molla Pənahın adını daşıyan iki nəfər var idi. Onlarınikisi də mənə, ailəmə çox doğmadır. Bax, indi o Vaqiflərdən biri haqqındayazmaq istəyirəm.


Bu, Vaqifİsaqoğludur! Ondan mənim telefonuma zəng gələndə əhvalıma uyğun olaraq:"Eşidirəm, İsaq əmimin oğlu"" - deyirəm. Əhvalımın bulaşıqvaxtında isə "hə, Vaqif" söyləyirəm. O, bunların heç birindənincimir. Çünki söz adamıdı, ruh adamıdı, ovqatın nə demək olduğunu yaxşı başadüşür. Üstəlik, gözəl, alicənab ailəsi, övladları və nəvələri onu bir az datamlaşdırıbdı. Tam olan Vaqif İsaqoğlu sözünün, imzasının dəyərini də yaxşıbilir. Amma hərdən üzüyumuşaqlıq edib kimlərinsə könlünü xoş edir sözüylə. Buda başa düşüləndir. Axı biz Azərbaycanda yaşayırıq. Münasibətlər, əlaqələr, üstəlikqarşılıqlı xətir-hörmət və sairə söz adamlarını hərdən güzəştə getməyə məcburedir. Bu, bir danılmaz gerçəklikdir...

1980-ci ildən bugünə kimi bir yerdəyik Vaqif İsaqoğluyla. Zarafatlarımız da, köntöy, rəndələnməmişsöhbətlərimiz də, hətta Köhnəqalada ağac dibində oturub bir-birimizi tərifləməyimizdə bizim üçün adi bir haldır. Ona görə adidir ki, içimizdən gəlir, ürəyimiz istəyirbunları. Və hətta mənim Köhnəqaladan gələn kartof payım da bu səmimiyyətin birgöstəricisidir. Hətta "Ədalət"də də mənim Vaqifə olan münasibətimihamı yaxşı bilir. Bax, belə bir rahatlıqla, belə bir anlaşmayla gəlib çatmışamVaqifin 60 yaşına. Məndən beşcə ay yaşda balacadı. Ona görə də mən səsimin biraz dabanını qaldırıram onunla danışanda, söhbətləşəndə. O da gah gülümsəyir,gah uşaq kimi küsür, gah da "ayə, sən niyə beləsən?" - deyib iki-üç dəqiqəlikdə olsa məndən ayrılır. Arxasınca ya mən zəng vururam, ya da özü qayıdıb gəlir.Bizim küsməyə, getməyə, bir-birimizdən uzaq düşməyə haqqımız yoxdur. Az qala 40ilə yaxın eyni səngərdə, eyni yükün altında öz ruhumuzu kökləmişik. Onu daxatırladım ki, Müdafiə Nazirliyinin ilk rəsmi qəzeti yaranan gün Vaqifləbirlikdə o qəzetin əməkdaşı olmuşuq. O da səngərlər görüb, o da barıt qoxusuduyub, o da şəhidlərimizin ruhu qarşısında diz çökübdü...

Çoxlu saydakitabları var Vaqifin... çoxlu sayda şeirləri, publisist yazıları çap olunub...sözlərinə mahnılar yazılıb. Mərhum, dəyərli dostum Razim Paşayev onun sözlərinəməhşur "Ney səsiyəm" mahnısını bəstələyib. Hansı ki, bu mahnınıqardaş Türkiyədə də sevə-sevə ifa edirlər.

Ürəyi uşaq ürəyidiVaqifin - kələkdən, küləkdən uzaq bir ürək!.. Dünyası sevgiylə, doğmalıqla vəbir də dostlarla zəngindi Vaqif İsaqoğlunun. Ona görə də 60 yaşın onun boyunabiçilməsi mənə inandırıcı gəlmir. Amma neyləyim ki, fakt faktlığında qalır vəfakt qarşısında duraraq Vaqifə həmişə dediyim sözü təkrar edirəm:

- İsaq əmiminoğlu, səni bu cür şövqlü saxlayan içindəki sevgi və bir də sənə sədaqətlə,böyük diqqətlə qayğı göstərən ömür-gün yoldaşın Bəyaz xanımdı! Və təbii ki, birdə övladların, nəvələrin! Mən sənin 60 yaşında nə kitablarından, nə dəyaradıcılığından söz açmaq istəmirəm. Bu məsələ ədəbiyyatçıların ixtiyarındadır.Sadəcə, mən sənə yaşın mübarək olsun! - deyirəm. Və bir də istəyirəm biləsənki, sən dostum, qardaşım, tələbə yoldaşım və ən vacibi isə rəhmətlik İsaq əmiminoğlusan. Həm özünə yaxşı bax, bir də mənə!

ƏbülfətMƏDƏTOĞLU

TƏQVİM / ARXİV