adalet.az header logo
  • Bakı 16°C

“Müharibənin qanlı kölgəsi” - Vaqif Yusifli yazır

13315 | 2019-04-24 16:16

Yazıçı-publisist Vahid Məhərrəmov Qarabağ müharibəsindənsöz açan ilk romanını oxuculara təqdim edib. Bu da təsadüfi deyil – Vahid Məhərrəmovkeçən əsrin 90-cı illərindən -jurnalistik fəaliyyətinə başladığı ilk günlərdən bu mövzudasaysız-hesabsız məqalələr, oçerklər, hekayələr, povestlər qələmə alıb, deməkolar ki, əksər mətbuat orqanlarında biz onun Qarabağ harayını eşitmişik. O,müharibəni kənardan, yalnız bir müşahidəçi kimi seyr etməyib, özü ordusıralarında – döyüşlərdə iştirak edib, sonralar isə hərbi müxbir kimi fəaliyyətinidavam etdirib. Üç il əvvəl 2016-cı ildə hərbi xidmərdən təqaüdə çıxsa da, yenəqələmini dincə qoymur, yenə şəxsən gördüyü, şahidi olduğu hadisələrdən; döyüşlərdən,bu döyüşlərdə qəhrəmanlıq-igidlik göstərən yurddaşlarımızdan, şəhid olan əsgərlərimizdən,onların mənəvi dünyasından yazır. Təkcə canlı müharibənin özü deyil, müharibədən sonrakı hadisələri də qələməalır. Bu müharibə insanların psixologiyasında, yaşayış tərzində necə izlərburaxıb – bunlar da Vahid Məhərrəmovu düşündürən məsələlərdir.

"Müharibənin qanlı kölgəsi” romanını Vahid Məhərrəmovunbu mövzuda yazdığı bütün əsərlərin məntiqi yekunu hesab etmək olar. Roman özstrukturu etibarilə çoxşaxəlidir, xeyli personajlarla qarşılaşırıq, süjet xətti əsərdə təsvir edilən hadisələri,insan obrazlarını bir məhvər ətrafinda toplaya bilir. Təbii ki, müharibədən sözaçan hər bir əsərdə dolğun xarakterlər, insan obrazları əsas yer tutur – buobrazlar real və inandırıcı təsir bağışlamalıdırlar. Onların keçdiyi həyat yolu(həm müharibəyə qədər, həm də müharibə şəraitində) elə təsvir olunmalıdır ki, səni də inandırsın, süni və qurama təsir bağışlamasın. Bu baxımdan gəlin, əsas qəhrəmanlarınobrazlarına diqqət yetirək. Roman adi bir insanın – Fikrətin isti bir havada –Xəzərin sahilində düşüncələrə dalması ilə başlayır. O, özünü xoşbəxt hesabedir, çünki Moskvaya, kursa göndəriləcək.Amma bu xoşbəxtlik uzun sürmür, məlumolur ki, sənədlərini yığdığı qovluq itib. "Arzularının çiçək açdığı bir vaxtda”hər şey alt-üst olub. Sənədlərinin itməsi ona çox pis təsir etmişdir. Bir az əvvəlxəyalən yaşadığı işıqlı dünyası sanki indi zülmətə qərq olmuşdu, sevincini əlindənalmış bu hadisə ilə barışmaq istəmirdi,amma nə etmək, o, yaşamalı, gerçək həyatda öz yerini tapmalıdır. Fikrət kəndçi Qüdrətlə qarşılaşır və Qüdrət ona məsləhətgörür ki, işlədiyi neftçıxarma idarəsinə gəlsin, orada fəhlə çatışmır. Beləliklə,Fikrətin həyatında yeni bir dönəm başlanır. Müəllif öz qəhrəmanını həyatın sərtburulğanından keçirir, onu çətinliklərləüzləşdirir, tezliklə Fikrət bu həyata alışır, müəllif həm də onun xarakterindəkitəmizliyi, saflığı, işə peşəsinə məsuliyyət hissini xüsusilə nəzərə çarpdırır.Bu elə bir dövr idi ki, ermənilərin Azərbaycan torpaqlarına iddialarabaşlanmışdı, radioda, televiziyada, mətbuatda, küçələrdə Qarabağ hadisələrindənçox danışılırdı. Təbii ki, bir azərbaycanlı, öz millətini, xalqını sevən birinsan kimi bu hadisələr Fikrətə təsirsiz qalmazdı. O, Azadlıq meydanındakı mitinqlərdə iştirakedir, xalqın coşub-daşan etirazlarına qoşulur, beləliklə, onun milli şüuru,hadisələrə aydın baxışı formalaşır. Bundan sonra müəllif ikinci bir qəhrəmandan – tibb bacısı Məleykədən sözaçır. O, Qərbi Azərbaycanda – Ermənistanda yaşayır, "Debet çayının sahilində yerləşən Axtala qəsəbəsindəkixəstəxanada tibb bacısı işləyirdi. Erməni həkim və tibb bacıları ilə bir yerdə işləmək çətin olsa da, Məleykə onlarla dil tapıb birtəhər yolagedirdi”. Fikrimizcə, müəllif bu obrazı romana daxil etməklə, onu əsaspersonajlardan biri kimi verməklə, iki əsasməramını ifadə etmişdir. Birincisi, erməniliyin mahiyyətini açmaq, ikincisi,bir ailəni düşdüyü bəlaları, müsübətləri canlandırmaq... Məleykə öz xalqını, millətini sevən bir azərbaycanlıqızıdır,ermənilərin əhatəsində yaşasa da, öz milli mənliyini itirmir, iki qardaşını ermənilərqətlə yetirirlər, "dərdin ağırlığı sinəsinixəncər kimi deşirdi. Həyatın bu qədər amansız və sərt oldiğunu hissetdikcə dünya gözlərində öz dəyərini itirirdi”.


Amma buna baxmayaraq Məleykə bütün təhlükələrə sinəgərir, yaşayır.Hadisələrin sonrakıinkişafı bu iki insanı Fikrət və Məleykəni bir-birinə qovuşduracaq.

Fikrər getdikcə hadisələrin gur axınına qoşulur, oartıq siyasi cəhətdən yetkin bir insan kimi formalaşır. Mədəndə qocamankommunist Kamil kişi ilə söhbətlərindən də bu yetkinlik xüsusilə nəzərə çarpır.Kamil kişi hələ də kommunist partiyasına inanır. "Fikrət bala, yaxşısı budur, sənpartiyaya şər atma. Kommunist Partiyası dünya var olduqca yaşayacaq” - bu əqidədə olanlar o dövrdə az deyildi, ammasonralar bu "inam” alt-üst oldu.

Vahid Məhərrəmov romanda 80-ci illərinsonları-90-cı illərin əvvəllərində baş verən hadisələri bizə təfərrüatı ilə nəqledir. Olsun ki, bu təsvirlər romanın bədiiliksəviyyəsinə xələl gətirir, amma hər halda, yeni nəsl oxucularını məlumatlandırmaqlazımdır.

Ümumiyyətlə, Vahid Məhərrəmov romanda əsas qəhrəmanlarınhər birinin taleyiniizsiz buraxmır. Doxsanıncı illər çətin, mürəkkəb və ziddiyyətliillər idi. Amma özünə, xalqına inam hissi ilə yaşayanlar bu ağır sınaqlardançıxa bildilər.

Vahid Məhərrəmov da iki insanın taleyi fonunda bu inam və qətiyyəti ifadə etmişdir.

Fikrər bu inam və qətiyyətin daşıyıcısı olan birinsandır – milli qürur hissi ilə yaşayan əsl azərbaycanlıdır. Məleykə də həmçinin.Romanda epizodik də olsa canlandırılan bir sıra obrazlar da.

Baxın, Fikrətdə olan bu inam və qürur hissi onuQarabağ döyüşlərinə aparır. O, bu döyüşlərdəbir neçə dəfə ağır yaralanır, amma sağaldıqdan sonra yenə döyüşlərə yollanır,burada igidlik göstərir, təbii ki, itkilərlədə qarşılaşır. Məleykə də həmçinin...

Bu iki insanın bir-birinə sevgi hissləri də təbiidir.Fikrət öz hisslərini gizlətmir, amma əsl sevgi çətin sınaqlardan keçir.

Romanda müharibə hələ bitmir. Nə qədər itkilər olsabelə, Fikrət və döyüşçülərin qəlbinə qələbəyə inam hissi yaşayır... Və romanınbelə nikbin notlarla bitməsi də təbiidir.

Vahid Məhərrəmovun bu romanında müharibəni, onunmahiyyətini dərk etməsi onun müharibənin içində olmasıyla bağlıdır.Öz qəhrəmanınındili ilə müəllif deyir ki: "Qarabağ müharibəsindən bəhs edən əsərlər var. Ammaçox bəsit yazılıb. Bu kitablarda biz gördüyümüz, iştirak etdiyimiz müharibədən əsər-əlamətyoxdur. Döyüş səhnələri çox süni yazılıb, yalandan-palandan özləri üçünuydurublar. Bəzi səhnələri oxuyanda adam gülməkdən özünü güclə saxlayır”. AmmaVahid Məhərrəmovun romanında belə sünilik, yalan-palan nəzərəçarpmır. Bununlayanaşı, romanla bağlı bir neçə qüsuru da qeyd etməliyəm. Romana ön söz yazan tənqidçiNərgiz Cabbarlı qeyd edir ki, Fikrət və Məleykə xarakter olaraq o qədər dəyadda qala bilmirlər”. Zənnimizcə, bu tənqidçinin həmin obrazları daha canlı,daha dinamik görmək istəyiylə bağlıdır.Çünki romanda – bəzən publisistik söz-söhbət baş alıb gedir.

Müəllif məlum hadisələr zamanı "ev dəyişmə” səhnələrinədə xeyli səhifələr ayırıb. Buna, zənnimcə ehtiyac yox idi.

Hər halda, "Müharibənin qanlıkölgəsi” nəsrimizdə Qarabağ müharibəsi haqqında yazılan, oxucular üçün maraqlıola biləcək bir əsərdir.


TƏQVİM / ARXİV