Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KÖÇKÜN QARDAŞIM Adalet.az | KÖÇKÜN QARDAŞIM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

KÖÇKÜN QARDAŞIM

12640    |   2019-04-24 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərdimiz ağırdı, səbrimiz uzun,

Qoruya bilmədik talandı ellər.

Fələk güldürdükcə düşmənin üzün –

Aşkarca odlara qalandı ellər.

Gözləyə-gözləyə baxıb görmüşük

Tikanlar göyərdib yol-irizimiz...

Tonqal tək gör necə yanıb-sönmüşük –

Səbrdə sonuncu olub yerimiz...

İllər ötüb gedib, yurd girovluqda

Düşmən tülkü kimi torpaq sovurur...

İzlərim göynəyən o viranlıqda –

Qəlbimi yarpaq tək, həsrət qovurur.

Biz xəyal qururuq Qarabağ adlı

Sağlıqlar deyirik, bitib-tükənmir.

Hələki köməyə nə bir Ağ atlı –

Nə də güvəndiyim,bir kimsə gəlmir...

Səngəri qayalar olan Şuşanı

Xəyanət qurbanı etmişik gedib...

Başımızın tacı olan Qalanı –

Sahibsiz biz qoyub getmişik, gedib...

Laçını tərk edib çıxıb gələndə

Ruhunu incitdik Soltan bəyin də!

Bir anlıq unudub deyib, güləndə -

Töhmətin çəkirəm yerin, göyün də!

Düşmən caynağına keçdi bir anda

Zirvəsi qartallı Laçın, Kəlbəcər...

Xocalı köməksiz alovlananda –

Şuşanın qəlbinə sancıldı xəncər.

Yurd dərdim çox ağır, yarası dərin,

Sapı özümüzün, balta düşmənin,

Görə bilməyirik, səhvlərimizi,

Düşmən talan edir sərvətimizi.

Kin-küdrət, ədavət qurbanı oldu,

Dağıldı dağlarım, tarımar oldu.

Naşı başbilənin, başı üzündən,

Ağdam köçkün düşdü, dərbədər oldu.

Topxana harayı kar qulaqların

Döydü pəncərəsin, döydü qapısın...

İçib doymadığım buz bulaqların –

İndi əsir alıb düşmən hamısın.

Qubadlı, Zəngilan sərhəd boyunca

Dözdü hücumlara axıra qədər.

İndi bu ellərin həsrət yükünü –

Bərgüşad, nə də ki, Həkəri çəkər.

Cəbrayıl sığınıb o xan çinara

Allahdan diləyir daha köməyi.

Araza boylanıb baxan çinara –

Tale nəsib edib yurdda ölməyi!

Girov Füzulinin bağrı yanıbdı

Quruçay, Köndələn güllələnibdi.

Əlim uzanıqlı , Allah, qalıbdı –

Bu yurdun üstünə od ələnibdi.

Çox pis zamanədə dünyaya gəldim,

Düşmən tələsinə, bir-başa girdim,

Yurdumun qədrini, köçəndə bildim,

Bu dərdi bölməyə, yoxdur heç kimim.

Düşünə bilmirəm mən bu itgini

Nə qəlbimə sığır, nə də başıma.

Oyunlar altına qurub fitlini –

Namərdlər su qatıb isti aşıma.

Arxalı köpəklər tula payına

Hürüb üstümüzə cumaraq qəfil...

Qalxıb çatmalıyıq yurdun hayına –

Biz ola bilmərik ömürlük səfil!

Bu torpaq bizimdir, ay Qarabağlım,

Bu torpaq üstündə, böyümüşük biz.

Düşmən tapdaq edən sənin torpağın

Səni gözləməkdən həsrət qalıbdır.

Dinlə sözlərimi, köçkün qardaşım

Ağlamaq, sızlamaq zamanı keçib.

Düşmənin daş üstə qoymayaq daşın –

Tarix bunun üçün bizləri seçib!

Qarabağ yurduna sahib çıxmasaq,

Dilimiz hər yerdə gödək olacaq.

Qaçqın ləqəbini daşıyaraq biz.

Yad eldə, obada qalacağaıq biz,

Əgər fəryadıma Sən səs verməsən,

Gələcək nəslimiz yurdsuz qalacaq,

Düşmən girovunda qalan Qarabağ

Səni də, məni də, bağışlamayacaq.

Eşit sözlərimi köçkün qaradaşım,

Gəl qalxaq sarılaq bayrağımıza,

Hayına yetişək xarı bülbülün...

Şəhid ruhlarına, torpağımızda –

Qovuşub, gözünü silək bu elin!

*** *****************

KÖŞKÜN SAYILDIM

Gənclik illərimi yada salanda

Arxada ağrılı illər görünür...

Nisgilli qəlbimi sıxan talan da –

Dərd kimi, izimlə gəlir, sürünür.

Qədrin bilmədiyim o gün, o saat,

Nə də ki, didərgin sevgim qayıtmır.

Dağdan ağır olan köçkün həyatım –

Hələ də bu yatmış bəxtim ayılmır.

Heç nə geri dönmür – ay da, illər də,

Gözümün ağına yollar xal salır.

Mənim Qarabağsız köçənlərim də -

Mənim iç dünyamı özümdən alır...

İllərlə itirib, anla gəzdiyim,

Qarabağ həsrətim göyərmir, Allah.

Onsuz anlarımdı sapa düzdüyüm –

Ürəyim yoxluğa öyrənmir, Allah.

Köçkün ünvanımın soyuq üzünü

Həsrət uzandıqca, daha çox duydum...

Vətəndə vətənsiz olmaq sözünü –

Xəncər tək götürüb , qəlbimi soydum!

*********************

ƏSİR DÜŞMÜŞ VƏTƏNİM

Bulaqlarının novu göz yaşıyla dolubdur,

Kəhrizinin suyu quruyub, sovrulubdur.

Bərəkətli düzlərin susundan qovrulubdur,

Çaylarının gur seli inciyib, bulanıbdır.

Bəsdir gözlədik möhlət ATƏT-dən, BMT-dən,

Silahlara sarılıb haray çəkək ürəkdən.

Mərmiləri yağdıraq yağı düşmən başına,

Millət kimi dərs verək erməni aşnasına.

Başımıza bitməyən oyunlar gətirənlər

Arxalı olduqların pərdələyir, gizləyir!

Zaman bizi gözləmir, döyüş bizi gözləyir,

Şəhid qanı tökülən torpaq bizi gözləyir.

Qarabağ vətənimdi, dünya bilir əzəldən,

Yağı düşməni qovaq əsir düşmüş vətəndən.

Baxaq ulu torpağa şəhidlik zirvəsindən,

Qaçqın, köçkün adını götürək üstümüzdən.

Qismət İBRAHİM.




İmza:
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK