adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2019 13:01
7161
GÜNDƏM
A- A+

Komitə sədri: “Belə bir məktəbin açılması zəruri idi”

"Fransada erməni lobbisinin mütəmadi olaraq Azərbaycanın suverenliyinə göstərdikləri təzyiqləri zərərsizləşdirmək üçün belə bir məktəbin açılması zəruri idi".

Adalet.az "Report"a istinadən xəbər verir ki,Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılması barədə danışanDiasporla İş üzrə Dövlət Komitəsinin sədriFuad Muradovdeyib.

Onun sözlərinə görə, Fransada yaşayan Azərbaycan icmaları daha fəaldır: "Birinci Vitse-prezidentMehriban ƏliyevaFransa-Azərbaycan əlaqələrinin inkişafı yolunda böyük töhfələr verib. Nant şəhərində 200-dən çox azərbaycanlı ailəsi yaşayır. Azərbaycan məktəbini oradakı azərbaycanlı icmanın nümayəndələri idarə edirlər. Biz sadəcə olaraq texniki məsələlərdə və mənəvi olaraq onlara yardımçı oluruq.

Fransada fəaliyyətə başlayan Azərbaycan məktəbi ilk analoji məktəb deyil. Ötən il İsveçrənin Bern şəhərində "Qarabağ"adlı ilk məktəbimiz açılıb".

Gələcəkdə digər xarici ölkələrdə də Azərbaycan məktəblərinin açılması haqqında hələ ki, öncədən məlumat vermək istəmirəm. Onu deyə bilərəm ki, bununla bağlı planlarımız çoxdur".

F.Muradov vurğulayıb ki, dünyanın 20-dən çox ölkəsində Azərbaycanın şənbə-bazar məktəbləri fəaliyyət göstərir: "Biz onların fəaliyyətini daha da inkişaf etdirməliyik".