adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Aprel 2019 12:53
19107
MARAQLI
A- A+

Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır

Çin yaxın 10 il ərzində Aya insan göndərməyi və orada tədqiqat stansiyası tikməyi planlaşdırır.

Bu barədə Çinin Milli Kosmik İdarəsi xəbər yayıb.

Qeyd olunub ki, "Çanye-5” missiyası Aya eniş edərək oradan torpaq nümunələrini Yerə gətirəcək.

Bu missiya 2019-cu ilin sonuna nəzərdə tutulub.

Tədqiqat stansiyasının növbəti illərdə Ayın cənub yarımkürəsində inşa olunması planlaşdırılır.