adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2019 11:45
10568
SİYASƏT
A- A+

İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

Görüşdə Vu Mançin "CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini, bu sahədə Azərbaycanlaəməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğulayıb, əlaqələrin inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev deyibki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətbaşçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.

* * *


AzərbaycanPrezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.