BƏLKƏ ƏSGƏRLƏRDƏ ZƏHƏRLƏNMƏYƏ QARŞI iMMUNiTET YARATMAQ iSTƏYiRLƏR?!

AQİL ABBAS
26119 | 2009-10-03 03:19
Əsgər güclü, qüvvətli və qüdrətli olmalıdır. Şaxtaya, soyuğa, 50 dərəcə istiyə dözməyi bacarmalıdır. Günlərlə ac və susuz qalmağa öyrəşməlidir. Bir sözlə, əsgər deyirsən də. Qısası, əsgərlik Kislovodski deyil. Müxalif qəzetlər də çırt olmamış hər şeyi manşetə daşıyırlar. Əsgər əsgəri güllələdi, əsgər zabitini güllələdi, zabit əsgəri döydü, hərbi hissədə əsgərin yeməyini satdılar. Bunların hamısı bir hərbi məsələdi. Erməniyə güllə ata bilməyən əsgər öz əsgər yoldaşına güllə atmalıdır ki, güllə atmağı yadırğamasın. Əsgər əsgəri, ya zabit əsgəri döyməlidir ki, həm canı möhkəmlənsin, döyülməyə öyrəşsin, əgər düşmən əlinə keçərsə ona nə qədər işgəncə versələr də keçmiş kommunistlər kimi möhkəm olsunlar. Hərdən yemək qıtlığı çəkməlidirlər ki, dediyim kimi, aclığa öyrəşsinlər və sair və ilaxır. Bu əsgərlikdi, Kislovodski deyil, Antalya deyil, heç Nabran da deyil.
   
   Qaldı zəhərlənmə məsələsinə. Təxribat olar, əsgərlərimizi zəhərləyə bilərlər, ona görə də özümüz əsgərlərimizdə immunitet yaratmalıyıq.
   
   Müxalif qəzetlər də bunu başa düşmürlər və ya başa düşmək istəmirlər, yalan-doğru nə gəldi basırlar manşetə. Belə olmaz, dostlar. Bir məsələni öyrənin, bir dərinə gedin.

TƏQVİM / ARXİV