adalet.az header logo
  • Bakı 18°C
24 Aprel 2019 11:20
11327
SİYASƏT
A- A+

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə Türkiyə, Gürcüstan və Azərbaycanı deyil, həmçinin Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirir.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.

Nazir bildirib ki, bu qeyd olunanlar Bakı-Tbilisi-Qars dəmiryol dəhlizini strateji əhəmiyyətli layihə edir.

O əlavə edib ki, yaxın illərdə BTQ-nin əhəmiyyəti daha da artacaq.

Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.