adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2019 10:34
3516
HADİSƏ
A- A+

Bakıda avtomobil qaçıran keçmiş məhkumlar yaxalandı

Bakıda vətəndaşın avtomobilini qaçıran şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, NZS qəsəbəsi, A. Qurban küçəsi ev 25-fə yaşayan, 1981-ci il təvəllüdlü Mustafayev Teymur Əliqulu oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus "Lada 2115" markalı 10-RV-715 dövlət nömrə nişanlı avtomobil evinin qarşısından gecə saatlarında qaçırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış, əvvəllər məhkum olunmuş, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Cavadov Xəyal Ənvər oğlu və Bakı şəhər sakini İbrahimov Orxan Yaşar oğlu saxlanılıb.

T.Mustafayevə məxsus avtomobil saz vəziyyətdə cərimə meydançasında tapılıb.

Faktla bağlı araşdırma aparılır.