adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Aprel 2019 17:32
17906
ƏDƏBİYYAT
A- A+

Yazıçı taleyinə qəriblik yazılmış QƏRİB MEHDİYƏ açıq məktub

Hörmətli Ustad! Deyilənə görə insan anadan doğulunda ona verilən adla gələcək taleyində bir oxşarlıq olur. Bəlkə, bu da ilahi bir sirdi. Bu sirrin çözümündə bir şoxları kimi məndə çətinlik şəkirəm. Onu deyim ki, insana verilən adın adamın gələcək taleyində özünü doğrultduğunu görəndə həmin sirrə inanmaya bilmirsən. Sizin adınızın yazıçı taleyinizdə özünü göstərdiyi kimi.

Gənclik illərində Sizin "Rast” povestinizlə olan ilk tanışlığım məndə Sizin qələminizə qarşı oyatdığı hörmət və məhəbbətin nəticəsidir ki, şəkinmədən deyə bilərəm ki, yaradıcılığınız ilə yaxından tanışam.

Bu gün Siz ədəbi aləmdə öz yeri, üslubu və minlərlə oxucusu olan bir yazıçısınız. Ömrünüzün qürub çağında olan ədəbi məhsuldarlığınız qəribsevərləri sevindirməklə bərabər, bəzilərində qibtə, digərlərində isə paxıllıq hissini gücləndirir.

Hörmətli Ustad! Nə mənim Sizi tərifləməyə, nə də Sizin mənim tərifimə ehtiyacınız var. Sizin yaradıcılığınızla bağlı yazılmış yazlərlə məqalələr, müxtəlif xarici dillərə tərcümə olunmağınız yazıçı kimi halal tərifiniz və qiymətinizdir.

Dünyaya gələndə Sizə Qərib adını kim hansı məqsədlə veribsə, onu deyə bilmərəm. Tanışlığımızdan sonra adınızın yazıçı taleyinizdə zəhmətiniz müqabilində qiymətləndilməməyinizdə özünü göstərdiyini müşahidə etmişəm. Görünür buda Sizin taleyin doğduğu qismət payınızdı. Demək, Qərib Mehdinin yazıçı taleyindəki qəribçilik həmişə onu izləyir.

Əziz Ustad! "Yubileynamə”ni diqqətlə oxudum və sonra təkrar-təkrar vərəqləyərək yenidən nəzərdən keçirdim. Fikrimcə Sizin ən gözəl, yadda qalan əsərləriniz (ifadəmə görə inciməyin) "Rast” və

"Yubileynamə”di. "Rast” gənclik, "Yubileynamə” isə müdriklik dövrünün ağrılarından ərsəyə gəlibdi.

Düzdü, bütün yazılarınız narhatçılıq yaradan ağrılardan doğulubdu. Etiraf edək ki, "Rast” və "Yubileynamə”də ki, ağrılar tamamilə bambaşqadır. Xüsusən, "Yubileynamə”dəki ağrılar-zəhmətə qiymət verilməməsi Sizin kimi bir çoxlarına, o cümlədən mənim özümə də yaxşı tanışdı. Çəkilən zəhmət layiqincə qiymətləndirilməyəndə insanın daxilində ağrıya çevrilir. Adətən, təmiz, vicdanlı işçinin "acı dili” və rüşvət verməyən əli olur. Belə işçiləri isə məmurlar heç vaxt sevmirlər. Zəhmət layiqincə dəyərləndirilməyəndə adam istər-istəməz vicdanla işlədiyi üçün təəssüflənir. Həmin təəssüf və ağrılar qələm adamlarınının yazılarında nə vaxtsa özünü göstərir. Sizin "Yubileynamə”niz kimi. Belə bir ağrılı yazı mənim də gələcək planımda var.

X x x

Hörmətli Ustad! "Yubileynamə”də qələm yoldaşlarınızın sizi dəstəkləməmənizdən gileylənirsiniz. Qələm yoldaşlarınızın quru söz deməkdən başqa əllərindən nə gəlir? Əgər onuda bəziləri demək istəsə.

Mən Sizin iştirak etdiyiniz tədbirlərin bir neçəsində xalqın və dövlətin qarşısındakı xidmətlərinizin müqabilində "Xalq yazıçısı” fəxri adına və Prezidentin Fərdi təqaüdünə layiq görülməniz təşəbüsündə bulunduğumu yəqin ki, xatırlamamış olmazsınız. Bir çoxları həmin təşəbüsü üzdə bəyənsələr də, əməli işdə heç bir fəaliyyətləri görsənmədi. Yaxşı xatırlayıram 70 illik yubiley tədbirinizin keçirilməsinin priblemə çevrildiyini. Sonda yazıçı Gülafət xanımın şəhər ziyalılarının imzalı müraciətini hazırlayıb İcra Hakimiyyətinə göndərəndən sonra yubiley tədbirinin keçirilməsi reallaşdı. Fikrimcə, bu Sizi sevməyən bəzi bədxahların yuxarılara "Qərib Mehdi yaxşı adam deyil, və s. pıçıltılarından qaynaqlanmanın nəticəsidir. Neyləməli? Bəlkə, bu da Sizin yazıçı taleyinizdəki qəribçiliklə bağlıdır.

Hörmətli Ustad! Kitabda Şəhər İcra başçısı ilə təsadüfü görüş zamanı yazıçı-jurnalist Surxay müəllimin Sizin yubiley tədbirinizin keçirilməsi ilə bağlı başçıya müraciəti zamanı söhbətdə iştirak edən qələm yoldaşlarınızın məsələnin müsbət həlli üçün dəstək verməmələrini xüsusi vurğulayırsınız. Hadisənin bu cür gedişi heçdə təcüblü deyil. Çoxlarının "səngər”də gizlənərək "döyüş” üçün əlverişli məqam gözləmələri prinsipi-ikiüzlü davranışının alt qatı çoxdan aləmi-aşikardı. Özləri özlərinə ağıllı görsəndiklərinə fikir verməyə dəyməz. Sizki bineyi-dövrdən həmin yoldaşlarla münasibətdısiniz.

Hörməli Ustad! Bu ilin yanvar ayının əvvəllərində Şəhər Mərkəzi Kitabxanasında Sizin "Savaş”adlı kitabınızın təqdimatı keçirildi. Xatırlayırsınızsa, təqdimat zamanı yoldaşlara belə bir müraciət etdim: "Yoldaşlar, ömrünün 83-cü ilini yaşayan yazıçı Qərib Mehdini hamımız yaxşı tanıyırıq. Azərbaycan ədəbiyyatının inkişafında yazıçı kimi Qərib Mehdinin xidməti danılmazdı. Ömrünün 50 ilini yaradıcılığa həsr edən yazıçı 45 kitabın müəllifidi. Bu gün fəxrlə deyə bilərik ki, ömrü boyu dahi Nizami yurdunda yaşayıb-yaradan Qərib Mehdi ədəbi sahədə Azərbaycan Bayrağının bir çox ölkələrdə dalğalandırır. Bu Gənşə ədəbi mühitinin fəxri deyilmi? Özünəməxsus yaradıcılıq yolu, üslubu və dili (bənzərsiz dil) olan zəhməti layiqincə dəyərləndirilməyibdi. Ömürün finiş xətinə yaxınlaşan yazıçıya "Xalq yazıçısı” və yaxud Prezidentin Fərdi təqaüdçüsü adına layiq görülməsi üçün imzalı şəkildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə müraciə-xahiş edək.”

Yığıncaq iştirakçıları təşəbbüsü razılıqla qarşıladılar. Hətta, bəzi yoldaşlar müsbət mənada əlavələr etdi. Aradan dörd aya yaxın vaxt keçməsinə baxmayaraq hələdə yerli təşkilatdan heç bir tərpəniş hiss edilmir. Amma şifahi söhbət zamanı çoxları Qərib Mehdinin yüksək fəxri ad və mükafatlar almasının tərəfdarı olduğundan saatlarla danışmağa hazırdı. Bilmirsən, sözə inanasan, yoxsa əmələ? Fikrimcə,

deyilən sözün əməldə görsənməməsi paxıllıq və qısqanclığın məntiqi nətisəsi deməkdir.

Buda, qəribçiliyin Sizin yazıçı taleyinizi izləməsidi.

X x x

Hörmətli Ustad! Böyük sənətkar M. Füzuli də 9 axçanı ala bilmədi. Amma əvəzində "Şikayətnamə” kimi möhtəşəm bir əsər yarandı və müəllifinə ğsrdən ğsrə qibtə olunası bir şöhrət qazandırdı. "Salam verdim, rüşvət deyildi deyə, almadılar” kimi ifadə bu gündə atalar sözü kimi dillərdə dolaşmaqdadır. Tarix təkrar olunur. "Şikayətnamə” və "Yubileynamə”, Məhəmməd Füzuli və Qərib Mehdi. Hər iki sənətkarın yaşadığı dövrün zaman kəsiyi fərqi günlə, ayla, illə yox, əsrlərlə fərqlənir. Maraqlıdır ki, XVI əsrdə yaşamış M. Füzuli ilə XXI əsrdə yaşamış Q. Mehdinin umacağı və ağrısı eyni nöqtədə kəsişir. Böyük sənətkarlar sağlığında az hallarda qiymətləndirilirlər. İstedadlı qələm sahiblərinin sağlığında qiymətləndilməməsinin səbəbini onları tanıyanların paxılıq və qısqanclığında axtarmaq daha düzgün olar. Fikrimcə, "Şikayətnamə” M. Füzulinin, "Yubileynamə” isə Q. Mehdinin əvəzsiz və əbədiyaşar təltifləridi.


Hörmətli Ustad! Sizin nə yubileyə, nədə fəxri adlara ehtiyacınız var. Ulu Yaradan Sizə elə bir qabliyyət və istedad bəxş edibdi ki, Qərib Mehdi adı həmişə hörmətlə yad ediləşəkdi. Bu gün Gəncə ədəbi mühitinin, xüsusən də nəsr sahəsində MARŞAL rütbəsi ancaq Sizin çiyinlərinizdədi və həmin şərəfli tütbəni daşımaq ancaq Sizin yazıçılıq taleyinizə qismət olubdu. Çoxları bunu etiraf etməyi bacarmasalar da, həqiqi reallıq budur və istər-istəməz bu reallıqlq barışmalıdırlar. Hələ Sizin nəsr diliniz, demək olar ki, əvəzsiz bir dildi.

Gələcəkdə araşdırıcılar Sizin nəsr dilinizi nadir ədəbi hadisə kimi qiymətləndirəcəklərinə əminliklə yanaşmaq lazımdır. Sənətkar kimi hələ ustalığınız haqqında danışmıram.

Elə fəxri ad daşıyıcıları olub ki, bu gün əsərlərinin adları belə çəkilmir. Ona görğ də sənətkar bu günün yox, gələcəyin sənətkarı olmalıdır. Oxucu kimi deyirəm, bütün zamanların ədəbi aləmində Qərib Mehdi adlı silinməz bir iz qoymusunuz.

Əziz Ustad! Sizin yazıçı taleyinizi izləyən qəribliyin günahını anadan olanda Sizə Qərib adını verəndə axtarmaq lazımdır.

Azərbaycan Yazıçılarının qarşıdan gələn qurultayı ilə əlaqədar olaraq bəzi qələm yoldaşlarımızı fəxri ad və Prezidentin Fərdi təqaüdü xəbəri ilə sevindirəşəklər. Güman edirəm ki, Gəncə ədəbi mühitinin yerli rəhbəliyi qurultay qabağı Sizində sevinməyiniz üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracaqdır

Hörmətlə: Fazil Sənan

Yazıçı-publisist.

07. 04. 2019.