warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | DƏYƏRLİ KİTAB Adalet.az | DƏYƏRLİ KİTAB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

DƏYƏRLİ KİTAB

Yeni nəşrlər

5884    |   2019-04-23 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tarix boyu Lənkəran bölgəsində dərin, ensiklopedik biliyə malik din alimlərimiz olub. Onların hər biri dini və milli-mənəvi dəyərlərimizin fədakar daşıyıcıları kimi tanınıb, İslam dininin humanist ideyalarının təbliğində, milli mənəvi dəyərlərimizin, adət və ənənələrimizin qorunmasında misilsiz xidmətlər göstəriblər.

Mirzə Məhəmmədhüseyn Axundun (İmam Axund) bölgəmizin din xadimləri arasında özünəməxsus yeri, yüksək mövqeyi, böyük nüfuzu seçilib. Dərin biliyi, dini, elmi dünyagörüşü, savab, xeyirxah, nəcib işləri, pak əməlləri ilə yaddaşlarda özünə əbədi heykəl ucaldıb.

Həmkarımız, "Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri, "Qızıl qələm” mükafatı laureatı Əlisəfa Həsənovun yenicə çapdan çıxmış "Sönməyən çıraq. Mirzə Məhəmmədhüseyn Axund Lənkərani” adlı kitabı da ötən əsrdə Lənkəranda yaşamış görkəmli din xadimi, humanist, xeyirxah, əməlisaleh insan, lənkəranlıların İmam Axund kimi dəyərləndikləri və tanıdıqları Mirzə Məhəmmədhüseyn Axundun maraqlı, keşməkeşli ömür yoluna həsr olunub.

Müəllif Lənkəranda və ətraf rayonlarda yaşlı nəslin nümayəndələri ilə görüşərək İmam Axund haqqında xatirələri, kitablarda və mətbuatda onun barəsində dərc olunmuş yazıları toplamış, çoxlu araşdırmalar aparmış, Respublika Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan İmam Axundun qiymətli əlyazması barədə (Б-6081/29653 (II). Məhəmməd Hüseyn bin Əbdülhəmid Lənkərani. Risaleyi istofdətüha fi elmül ərəbiyyə) oxuculara məlumat vermişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin kitaba yazdığı ön sözdə oxuyuruq: ” İmam Axund müctəhid üləmalardandı, eyni zamanda böyük ustad və hərtərəfli biliklərə malik müəllim idi. Sovet dövrünün , kommunist rejiminin qadağalarına baxmayaraq onun fədakarlıqla yetişdirdiyi tələbələr bu gün müstəqil Azərbaycanın milli mənafelərinə sədaqətlə xidmət edən elm və din xadimləridir. İmam Axund məktəbinin müdavimləri onun elm nurunu qəlblərində daşıyır, əməli fəaliyyətlərində davam etdirirlər.

...Bütün həyatı və ömrünü xalqına həsr edən, haqq və ədalətin carçısı kimi tanınan, həmvətənlərini daim halallıq və təmizliyə səsləyən insanlar haqqında yazmaq, həm müasirlərinə, həm də gələcək nəsillərə onları tanıtmaq olduqca şərəfli bir işdir. Ona görə ki, ləyaqətli insan ömrü başqalarına örnəkdir, nümunədir, mənəvi-əxlaqi tərbiyə məktəbidir. Elə bir məktəb ki, burada həmişə Uca Yaradana, haqqa, ədalətə, xeyirxah əməllərə, halallığa və təmizliyə məhəbbət, dinsizliyə, imansızlığa, hər cür naqis keyfiyyətlərə və qəbahətlərə nifrət təbliğ olunur. Bu baxımdan Axund Mirzə Məhəmmədhüseyn ağanın bütün həyatı, din xadimi kimi fəaliyyəti İslam dini uğrundakı xidmətləri təqdirəlayiqdir və gənclərimizə örnək olaraq təbliğ edilməlidir.”

Bütün varlığı ilə doğma el-obaya bağlı olan Axund Bakıda və qonşu ölkələrdə yaşamağa çoxlu dəvət alsa da ömrünün axırına kimi Lənkəranda qalmağa üstünlük vermişdir. O, görkəmli mesenat Hacı Zeynalabidin Tağıyevin dəvətini belə cavablandırmışdır: "Neçə olar ki, bir nəfər bağ salsın, bağ bəhrə verdiyi zaman ondan alsınlar?! Məni Lənkəran camaatı oxutdurub, onları necə unudub Bakıda qalım. O camaata xidmət etmək mənim borcumdur.”

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda İmam Axundun nəsillərə nümunə olan həyatı, fəaliyyəti yeni faktlarla, maraqlı hadisələrlə təqdim olunur.

Ağaddin BABAYEV,

Lənkəran




İmza:
SON XƏBƏRLƏR
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK