adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Oğuz Ayvaz: Qonşu qonşunun vayfayına möhtac

OĞUZ AYVAZ
26795 | 2019-04-23 13:49

Dövrümüz insanı, intellektuallar demiş, post insanıtənhalıq zamanını yaşayır.

Ciddi deyirəm, zarafatetmirəm. İnsanı insandan internet ayırdı. Daha heç kim heç kimə qonaq getmir,tez-tez görüşmür. Artıq hər kəsin öz dünyası var. Milyonlarca tənha dünya...

O dünya bizim paralel dünyamızdı.Orda ehtiraslanır, üzülür, sevir, darıxır, gülürük. Ancaq hamısı süni, saxta,simvolik. Hərdən köhnə filmlərə baxıram. 80-85-ci illər Azərbaycan, türkfilmlərinə. Ordakı aktyorların üz cizgiləri, gözləri, sağlamlıqları diqqətimiçəkir. Necə də məmnun, mutlu, nikbin görünürlər. Bəlli olur ki, o dövr insanıreal münasibətlər, həqiqi sevgilər, gərçək sevinclər, ünsiyyətlər yaşayırdı.

Yaratdığımız tənha dünya bizidurmadan çağırır: bizim Tanrımız sənsən, gəl bizi idarə elə.

Axı niyə dövran dəyişdi? Niyəbiz bir-birimizdən min kilometr uzaq düşdük? Halbuki bu qədər yaxın ola-ola...Axırıncı dəfə qonaq getməyim yadıma düşür. Süfrə açılıb, hər kəs yemək yeyir.Gördüm ki, hamı tez-bazar yeyib qurtarmaq istəyir. Yeməyin ləzzətini almırlar.Kənara qoyduqları telefonları səs çıxardır: mesaj gəldi, zəng gəldi...

Qonaqlıqda ağsaqqal bir kişidivanda tək başına oturub gözünü döyürdü. Qarınları doyan ev əhli özdünyalarına çəkildilər. Ağsaqqalın yanına keçdim. Düz üç saat fasilə vermədənsöhbət etdik. Necə ləzzət elədisə qonaqlıqdan getmək bilmirdim. Kişinin uşaqlıqilləri, əsgərlik, ruslar, eston qızları...

Daha qonşu qonşunun külünə yoxvayfayına möhtacdı. Doğurdan da elədi. Neçə dəfə təzə qonşu qapımızı döyüb,deyib ki, vayfayınızın kodunu deyərdiniz. Bax beləcə bu dövr insanı tənhalaşır.

İndi dünya depressiya dövrünüyaşayır. Qloballaşma, soisallaşma adlı o qədər tədbirlər, konfransalarkeçirilir, məqalələr yazılır. Hamısının da bir mesajı var: insan tənhalaşsın!

İnternetin yayılmadığızamanları xatırlayıram. Hələ onda diskə, video kasetlərə marağımız vardı. Birfilm üçün, mahnı üçün dükan-dükan gəzirdik. Qardaşımla Kamal Sunalın filmlərinişəhərdə axtardığımız günlər. Necə də böyük həvəslə onun filmlərini tapmağaçalışırdıq. Tapanda da uşaq kimi sevinir, evə tələsirdik. Yaxud da SezenAksunun, Elvis Preslinin mahnıları üçün...

Qərara gəlmişəm. Artıq hərhəftə tanıdığım adamların evinə qonaq gedəcəm. İnternetdən işim üçün istifadəedəcəm. Feysbuku gündə 1-2 saat istifadə edəcəm.

Dostlarımı yenidən qazanmağaçalışacam. Amma nə faydası olacaq? Dünyanı dəyişə bilməyəcəm. Yenə insanlarinternetdən sevdiyi adamlar kimi yapışacaq.

Kaş insanlar kitab xəstəliyinətutulardı. Hər kəs oxuduğu əsərlərdən danışardı. Bunun üçün görüşərdik. Onda daədəbiyyat ədəbiyyat olmazdı, hə?

Bəlkə siz düşünəsiniz,neyləyək? Neyləyək ki, insanlar bir-birlərinə qarşısın. Təklifləriniz varsa,yazın, elan edin.

Mən demirəm ki, internetsizdünyada yaşayaq. İnterneti intellektimizi inkişaf etdirmək üçün istifadə edək. Yaşamağa,münasibətlərə, ünsiyyətlərə daha çox zaman ayıraq.

TƏQVİM / ARXİV