adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Aprel 2019 12:55
5778
HADİSƏ
A- A+

Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı

Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Adalet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindənhəyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgərFərrux Fərman oğlu Məmmədovun da meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.