adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2019 12:51
12230
SİYASƏT
A- A+

Deputat qaza qoyulan limitin qaldırılmasını təklif etdi

"Cəmiyyətdə müəyyən sosial problemlərin həlli istiqamətində təkliflər irəli sürmək istəyirəm. İlk növbədə qaza qoyulan limitlə bağlı danışmaq istərdim. Əhalinin müxtəlif təbəqələrindən bizə müraciətlər olur. Təklif edirlər ki, limit qaldırılsın”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib:

"İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır. 1700 kubmetr, 170 manat civarında limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın.Çünki həyət evlərində yaşayan ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki istixanalar, dönərxanalar var ki, oradan pul qazanırlar. Onların ödəmə imkanları var. Yoxsul əhali üçün böyük problemdir. Çox istəyirəm ki müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər. Limit iki dəfə qaldırılsın”.