adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Aprel 2019 11:47
7155
MƏMLƏKƏT
A- A+

Qala divarlarının qarşısında tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarının qarşısında aparılan tikinti işləri ilə bağlı məlumat yayıb.

Qurumdan daxil olan məlumatda bildirilib ki, ötən ilin sonundan etibarən abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir.

Məlumatda bildirilir ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Qoruqdan o da bildirilib ki, bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir: "İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

Qeyd edək ki, həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabr ayından etibarən İdarənin rəsmi veb-səhifəsində mövcuddur”.