adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Aprel 2019 17:51
14397
ƏDƏBİYYAT
A- A+

İçində işıq gəzdirən və işığın içindəki Qulu - Akif Cabbarlı yazır

Etibarlı qələm dostum Etibar Cəbrayıloğlunun "Ədalət” qəzetində dərc edilmiş bir yazısından öyrəndim ki, müasir Azərbaycan poeziyasının özünəməxsusluğu, orijinallığı və bir az da qəribəliyi ilə seçilən nümayəndəsi – qonşum və gənc dostum Qulu Ağsəs yarım əsrin kürəyini qoyub yerə. Əsl istedadların cəmləşdiyi qızıl qvardiyada isə 50 yaşlı Qulu müəllim zamanın qarşıdakı poetik döyüşlərindən qalib çıxmaq eşqi ilə əsl gənclik həvəsini və coşqusunu sərgiləməkdədir.

Qulunu ötən əsrin axırlarından tanıyıram – Azərbaycan Teleradiosundakı birgə fəaliyyətimiz dövründən. Elə o vaxtlardan istedadı, ədəb-ərkanı, böyüklərə xas olan davranışı ilə seçilirdi və hamımızın yekdil qənaəti bu idi ki, Qulu Ağsəs poeziyamızın gələcəyini yaradanlardan, yaşadanlardan və nurlandıranlardan biri olacaq. Oldu da.

"Ulduz” kimi nüfuzlu nəşrə rəhbərlik etmək təbii ki, hər yazara etibar edilmir və Qulu Ağsəs də bu etimada elə-belə layiq görülməyib.


Qulu müəllim, vaxtını çox almaq istəmirəm, sənə bundan sonrakı ədəbi fəaliyyətində yeni uğurlar və can sağlığı arzulayıram.

Nə vaxtsa məndən soruşsalar ki, Qulu müəllimi necə tanıyırsan – təbii ki, qısaca cavab verərdim ki, Qulu içində işıq gəzdirən və bütünlüklə işıq içində olan adamlardandır.

Qoy, işığın heç vaxt əksilməsin, daha da gurlansın, qardaş! Bu qısa yazıya isə nöqtə qoymuram, hələlik vergüllə kifayətlənirəm.