ABŞ PREZiDENTiNƏ NOBEL MüKAFATI?! MüSƏLMANLARI QIRDIğINA GÖRƏ!

AQİL ABBAS
39529 | 2009-10-01 03:22
ABŞ-ın kişmiş prezidenti Barak Obamaya Nobel sülh mükafatı verildi.
   
   Məmmədhəsən əminin eşşəyi də bilir ki, Nobel mükafatı siyasi bir mükafatdır. İrəhmətlik Nobel əslində bu mükafatı tibb elmindəki kəşflər üçün nəzərdə tutmuşdu. Amma sonra bu mükafat siyasiləşdi və üç yerə bölündü: bir fizika, kimya, riyaziyyat - yəni texniki elmlərə görə, bir ədəbiyyata görə, bir də sülh adıyla bağlı. Və bu mükafatı alanların içində üç-dörd qeyri-xristian var ki, o da demokratiyanın parlaq nümayişindən başqa bir şey deyil.
   
   Bu mükafatı adətən texnika sahəsində dünyanın inkişafı üçün, insanların daha xoşbəxt yaşaması üçün edilən kəşflərə deyil, dünyanı dağıdacaq, insanları daha çox bədbəxt edəcək kəşflər üçün verilir.
   
   İkincisi, yazarlara verirlər ki, o yazarların da hamısı bu mükafatı siyasi görüşlərinə görə alıblar, əsərlərinə görə yox. Yəni dövlətin əleyhinə, millətin əleyhinə yazdıqları məqalələrə görə, çıxışlarına görə. Məsələn, Soljenitsın və ya Orxan Pamuk. Elə bu günlərdə bir alman yazıçısına da verdilər. O, Rumıniyada yaşayıb, sonra irəhmətlik Çauşevski onu ordan qovub gedib Almaniyaya. Nobelə layiq görülən əsəri də Rumıniyanın və rumınların əleyhinə yazılmış bir əsərdi. Yəni kişinin qızı dissidentdi.
   
   Bir də sülh mükafatı. Bu da çox maraqlıdı. Məsələn, bunu veriblər Qorbaçova SSRİ-ni dağıtdığına görə. Misirin bir prezidenti vardı, gərək ki, Ənvər Sadat idi adı, sonra vurdular öldürdülər. Ona vermişdilər Ərəb dünyasını satdığına görə. İndi Ərdoğana da verəcəklər Türkiyəni dağıtdığına görə.
   
   ABŞ-ın prezidentinə də verdilər, Obamaya. Əslində bu mükafat Obamaya verilməyib. ABŞ-ın prezidentinin kreslosuna verilib. Təsadüfən dövlət quşu mənim başıma qonsaydı, o kresloda mən otursaydım (Allah eləməsin, qulaqlara qurğuşun), mən alacaqdım.
   
   Bəs ABŞ-ın prezidentinə niyə verdilər? O ki ABŞ-ı dağıtmayıb? Ona da ona görə verdilər ki, kişi kimi müsəlman dünyasını dağıdır. 1 milyon 500 min İraqda müsəlman qətlə yetirib, 1 milyona yaxın Əfqanıstanda, hələ davam da edir, Türkiyəni də vətəndaş müharibəsi həddinə çatdırıb. Burda da nə qədər insan öləcək onu yalnız ABŞ prezidenti bilir.
   
   Al bu da sənə Nobel mükafatı. Xeyirli, uğurlu olsun!

TƏQVİM / ARXİV