adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2019 15:16
11747
SİYASƏT
A- A+

ELMAR MƏMMƏDYAROVUN MOSKVADAN GƏTİRDİYİ SAQQIZI…

Hörmətli xarici işlər nazirimiz Moskvada Lavrovun sinif rəhbərliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüşündən xoş bir xəbərlə qayıtdı ki, artıq Qarabağı almışıq, jurnalistlərimiz istərlərsə İrəvana və Dağlıq Qarabağa ən azı turist kimi səfər edə bilərlər. İndi bu saqqızı çeynəyirik, yarı bölünmüşük, yarımız İrəvana getmək üçün sıraya düzülmüşük, yarımız da bu saqqızı tüpürmək istəyirik. Görək axırda bu saqqız kimin ağzında qalacaq?