adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2019 15:15
6816
HADİSƏ
A- A+

İTLƏR VƏ CANAVARLAR TOTEMƏ DÖNÜBLƏR

Bilirsiniz də, Hindistanda inəyə sitayiş edirlər, yəni inək totemdi. İnəyə «o tərəfə dur» desən, ya inəyin xətrinə dəysən səni linç edərlər. Deyəsən, o günləri yemək üçün inəyini kəsən bir müsəlmanı linç edib öldürdülər. Artıq bizdə də şəhərimizin küçə itləri və kəndlərdəki canavarlar totemə çevrilməkdədi. Səni parçalasalar da, heyvan təsərrüfatına böyük zərbələr vursa da toxuna bilməzsən.

Oxuyuram ki, Şirvanda bir cavan oğlan küçə itindən qaçmaq istərkən maşın altına düşüb.

Srağagün də 4 yaşlı bir körpənin üz-gözünü həmin o küçə itləri parçalayıb.

Bizim məhlədə də səhərdən-axşamadək küçə itləri sülənir . Qorxumdan mən və məhlədəkilər qova bilmirik ki, məhkəməyə-zada düşərik.

O mənfur sovet hökuməti vaxtı bir canavar öldürənə 50 manat, çaqqal öldürənə 30 manat , tülkü öldürənə 20 manat mükafat verilirdi.

Bu ikiayaqlı canavarlar varsa , bu dördayaqlı canavarlara nə ehtiyacımız var?! Bu ikiayaqlı hamıya hürən itlər (amma sahibli itlər) varsa, bu dördayaqlı sahibsizlərə nə gərək var?