adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2019 12:37
19327
MARAQLI
A- A+

Dünyada qadın qıtlığı başlayıb – 22 milyon qadın çatışmır

Dünyanın 12 ölkəsində kişi-qadın nisbəti pozulub.

Bu barədə məlumatı PNAS jurnalı yayıb. Alimlər hesablayıb ki, dünyada 22,5 milyon qadın çatışmır.

Bu, fakt özünü daha çox Hindistan və Çində göstərir. Belə ki, 1970-ci ildən 2017-ci ilə qədər Hindistanda 11,9 milyon, Çində 10,6 milyon qız uşağı azlığı olub.

Çində qız uşaqlarının çatışmamasına səbəb kimi bir ailədə bir uşaq siyasəti, Asiya ölkələrində isə abortların geniş yayılması göstərilir.