adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2019 12:07
10679
GÜNDƏM
A- A+

Asəf Quliyev: VAXTDIR ARTIQ, DÜNYA ALLAHVERDİNİ TANIMALIDIR!

Bu gün onun doğum günüdür. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun.

Mənim üçün Allahverdi Bağırov çox ucada dayanır. Hamıdan ucadada. Mən onun böyüklüyünü kimdənsə eşitməmişəm. Mən onun böyüklüyünü araşdırmışam.

Allahverdi o qədər böyük şəxsiyyət idi ki, düşmən də onun böyüklüyü qarşısında susur.

Allahverdi Bağırovu artıq dünyaya tanıtmaq vaxtıdır. Biz Allahverdi kimi oğulu dünyaya tanıtmaqla Azərbaycanı tanıtmış olarıq.

İndi isə deyim niyə onu dünyaya tanıtmaq lazımdır?

Allahverdi bəlkə də yeganə Milli Qəhrəmanımızdır ki, 1992-ci ildə çoxlarının Cenevrə konvensiyaları barədə məlumatı olmadığı vaxtda belə o əsirlər, həlak olmuş şəxslər, mülki vətəndaşlarla davranışlarda məhz bu konvensiyaların tələbləri ilə hərəkət edirdi.

Əslində o özü də bu konvensiyalardan bixəbər idi. Amma onun insanlığı, böyüklüyü də elə bunda idi ki, o kimlərinsə yazdığı üçün belə hərəkət etmirdi. Allahverdi Bağırov fitrətən belə idi.