viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Susun.Hamı sussun - Əzizə İsmayılova yazır Adalet.az | Susun.Hamı sussun - Əzizə İsmayılova yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Susun.Hamı sussun - Əzizə İsmayılova yazır

9312    |   2019-04-22 12:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbəri oxudum, gecə-gecə beynimə qan sızdı az qala...

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı Meydan TV-yə yazılı açıqlama göndərib.

Başlamıram ondan ki, xeyir ola, dövlət qulluqçusu olan xanım, açıqlama məktubunu birbaşa "Meydana yazıb?...

Deməli, bu xanım ya hesab edir ki, millətin başı gedib, ya da hesab edir ki, bircə ağıllı var o da özü və ya özləridir...

Yadınızdadırsa, xanım əvvəlcə ciddi cəhdlə təkzib vermişdi ki, "Elinanın can verən vəziyyətdəki videosunu mən çəkməmişəm. Mənimlə heç bir əlaqəsi yoxdur", indi deyir "mən çəkmişəm... "

Deyir ki, "09:57-də mənə zəng oldu. Mən icra hakiminə dedim. O icazə verdi. 11:01-də məktəbdə olmuşam. Yolüstü polisə zəng etmişəm"…

Deyən lazım, "ay qansız, deyək ki, məktəbdəkilərin başına kül olub, təcili yardım əvəzi sənə zəng ediblər.Sən niyə deməmişdin ki, təcili yardım çağırın?Sənin 1 saata məktəbə çatmağını gözləməyin məcburiyyəti nə idi?Niyə polisə yolüstü zəng ağlına gəlib, amma təcili yardıma yox?Deməli, sən 2 saata getsəydin, 2 saat o uşaq orda qıvrılmalı idi?

Niyə 3-cü mərtəbədən özünü atan uşaq üçün birinci təcili yardıma yox, sənə zəng etmək vacib olub?Niyə məktəbə çatandan məhz 6 dəqiqə sonar təcili yardıma zəng etmisən? Harda, hansı sənəddə, hansı qanunda yazlıb ki, yıxılan, xəsarət alan, ölümlə çabalayan uşaq üçün Təcili Yardıma yox, "yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoru”na zəng etmək lazımdır. Sonra o, icra hakiminə məruzə etməlidir, müzakirə aparmalıdır, icazə almalıdır, nəhayətdə maşına minib məktəbə gəlməlidir, 3-cü mərtəbədən üzü aşağı yıxılan usagın "sorğu-sual videosu”nu çəkməlidir, ondan sonar Təcili Yardıma zəng etməlidir və özü də deməlidir "zəhərlənib”?.

Harda yazılıb bu?Bu, nəyin kafasıdır belə?Vəzifə səlahiyyətlərinizin hansı bəndində göstərilib belə video-müstəntiqlik?

Bu boyda ağır bir hadisə baş verib.14 yaşlı qızcığaz, sabahın gözü kor olmamış, özünü məktəbin 3-cü mərtəbəsindən atıb, ölüb. O hadisəni canlı izləyənlər, təsiri altında olan o qədər uşaq da kim bilir hansı travmanı keçirib və hazırda nə vəziyyətdədirlər.

Cavabdeh qurumlar isə hamısı hələ də susur.

Təhsil Nazirliyi susur.Yalnız ölkə başçısı işə qarışandan sonra bir quru açıqlama yayıldı, vəssalam. Yaxşı ki,ölkə başçısı qarışdı. (Haşiyə: O qolunu bir iş üçün çırmalamasa, zatən, heç bir iş yerindən tərpənmir ki. Hamı hər işdə çarəni də, cavabı da ancaq ölkə başçısı və Birinci xanımda axtarır. )

Səhiyyə Nazirliyi, ümumiyyətlə, heç nə olmamış kimi, qəti mövqe sərgiləməkdədir, məsələyə dair bu günə kimi bir kəlmə də açıqlama verməyib və deyəsən düşünmür də. Sanki bütün bu olanların ona uzaqdan-yaxından bir aidiyyatı yoxdur. Ortada isə cavabsız nə qədər sual var: O palataya valideynin buraxılmadığı halda, digərləri niyə və kim tərəfindən buraxılıb?

Uşağın ortada qalan meyitinin məsuliyyəti hansı həkimin çiynindədir.Gecə "halı yaxşıdır.Yoxlamışam, hər şey qaydasındadır.Səhər palataya köçəcək" deyə valideyni arxayın salan və səs yazısında elə özünün də arxayın təsiri bağışladığı həkim necə olur, səhər uşağın ölümündə özünü günahkar bilmir?O biri həkim, tibb bacıları, tibbi personal necə olur ki, o boyda çığır-bağırın içində, hamısı birdən qeybə çəkilir və bu günə kimi də qeybdədirlər? –hamısı da ağzı göyə açıq qalıb.

Kim açıqlama verməlidir ictimaiyyətə?Yenə ölkə başçısı ya birinci xanım?

Baş prokurorluq da istintaq materialları (mətbuatda yazılana görə, istintaq zamanı barlarda apardıqları yoxlama zamanı çəkilən uşaqların şəkilləri) saytları bəzəyəndən sonra çıxdı sosial şəbəkə və saytlara barmaq silkələdi ki, "susun!”

Baş üstə. Biz susduq amma bir körpənin ahı var ortada, o həddə çatdırılan kim bilir nə qədər körpə var məktəb divarları arasında. Onlar susmayacaq axı.Bir gün onların da danışmağı gələcək.

Övladlarınız varsa, onların gözlərindən həmişə Elina baxacaq Sizə...-bunu yazın bir tərəfə.

#Elinaüçünsusma deyənləri susdurmaq asandır, Elina kabusunu necə, susdura biləcəksinizmi? Bu boyda həngamədə sadəcə məktəb müdirinə ev dustaqlığı qəti imkan tədbiri seçildi. Xub.Bəs o birilər?

Başa düşdük, istintaq gedir.Tamam, getsin.Biz susduq.

Amma insaf edin, belə "açıqlama xətrinə açıqlama” verib vicdan müamiləsi sərgiləyincə, elə siz də susun, susa bildiyiniz qədər...

Səssizliyin bağırtısında səksənəcəyimizgünləriniz də olacaq bir gün...

Məktəb pəncərəsinin "ruçka"larını çıxarmaq, pəncərələrə dəmir barmaqlıq vurmağı tapşırıb həbsxana ab-havası yaratmağın, məktəb direktorlarına barmaq silkələməyin çıxış yolu olmadığını,bizim kimi, siz də bilirsiniz.

Hamınız hər şeyi bizdən də yaxşı bilirsiniz.Onurğa sütunumuz olan səhiyyənin, onurğa beynimiz olan təhsilin iflic olduğunu və onların sağalmasının bir möcüzəyə bağlı olduğunu siz bizdən də qat-qat yaxşı bilirsiniz.Amma siz də eynən bizim kimi susun. Belə "qaloçka" xətrinə açıqlama verməkdənsə susun...

Necə məsləhət bilirsinizsə,necə doğru bilirsinizsə, sakitcə elə də işinizi görün.Həmişə gördüyünüz kimi.Boşuna gəriltməyin əsəbləri.

Bizdə dediyimiz hər şeyin boşuna olduğunu bilirik.Sadəcə susmaqdan içimiz şişdiyi üçün bəzən özümüzdən ixtiyarsız bağırırıq.İflic olduğunu bilən adamların hamısında olur düşdüyü vəziyyətlə barışmamaq istəyi. İstəklə olsaydı nə vardı ki… Özümüz öz hikkəmizlə çiling-ağac oynayırıq, bir sözlə- siz bizə fikir verməyin.

Susun.Hamı sussun.Səssizcə hərə öz işində olsun...

Evinizdə sizin də uşaqlarınız var ya da olacaq.Onların gözlərinə baxın.

Elina isə yoxdur və olmayacaq...Ona görə də, SUSUN.

P. S. Bilməyənlər üçün Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova açıqlaması tam variantda…

"Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam.Çox acıhəqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm.

Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam.Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam.

Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər.Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır.

Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam.Uşaqlarla iş mənim vəzifələrimə daxildir.

Buna görə də belə bir zəng başadüşülən idi.Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim.Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim.

Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib.Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm.Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub.Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi.Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir.Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK