adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2019 11:06
24595
DÜNYA
A- A+

RƏBİYYƏ ZƏRDABİ: 30 ildən sonra tapılan oğul

Sənətkarımız Zeynəb Xanlarovaya minnətdarlıq hissi ilə.

5 ci sinfdə oxuyuram...Ağdamın gözəl günləridir..Muradbəylidə Abbas Baba iki qızı ilə cox gözəl evlərində yaşayırdılar...Mina Müəllimə və Şəhla...Abbas Baba ağır Kişi idi..Nurani Adam idi...Dəli Dilbərgilə qonşu idilər...Dəli Dilbər Abbas Babanı görən kimi qapını örtüb icəri girirdi.
Rəhmətlik nənəmlə tez tez gedirdik Abbas Babagilə...Qeyri adi bağı var idi...Səliqəli səhmanlı..Şükürün qəribcilikdəki canına tez tez and icirdilər Mina Xala ilə Şəhla Xala...Nənəm də deyirdi ki Ay Abbas kişi sən Allah özünə bax...Şükürdən xəbər cıxanda səni yaxşı görsün....Uşaq ağlıynan dərk eləmirdim söhbəti...Nənəm evə gələndə ağlıyırdı..Əlin tuturdu göyə ki Ey Allah sən bu kişinin oğlundan bir xəbər ver...Sonralar Abbas Babanın yeganə oğlu Şükürün Böyük Vətən Müharibəsində əsir düşdüyünü və ondan xəbər ala bilmədiklərini öyrəndim..

Bir gün sanki bomba partladı.

Televizorda Zeynəb Xanlarovanın Amerika konsertindən verliş verirdilər...Sovetlər İttifaqının tüğyan edən vaxtıdır..KKB od püskürür...Zeynəb Xanım zalda mahnı oxuyanda bir kişi yaxınlaşdı Zeynəb Xanıma dedi mən Qarabağlıyam...Adım da Şükürdü...İllərdir burda yaşayıram..Və Zeynəb Xanımla mahnı oxudu...İnanın Allaha Abbas Babagildən bir qışqırıq səsi gəldi...dünyanın o biri ucuna catacaq qədər...millət yüyürdü Abbas Babagilə...İllərin itkini Şükür tapılmışdı.Və Zeynəb Xanım o səhnəni qəsdən verdirmişdi ki Şükürün sağ olduğunu Ailəsi bilsin...Anam da Mədəniyyət Nazirliyində işləyirdi o vaxt...Anam kömək etdi Ailə Zeynəb Xanımla görüşdü...Məlumatları ailəyə verdi...Kömək edəcıyini də dedi...İllər sonra min zülmlə Şükür Bakıya gəldi...Abbas Baba cox yaşlanmışdı...Şükürü Ağdama gəlməyə qoymadı KKB...Bakıda yaşayan bütün Ağdamlılar Şükürün qaldığı İnturist mehmanxanasına axın etdilər...Abbas Babanı oğlu ilə görüşməyə Bakıya gətirdilər...Anam hələ də o səhnədən danışır...Abbas Babanın oğlunu duz kimi yalamağından...Cavan oğlunu yaşlı görmək təəcübündən...Minayla Şəhlanın qardaşlarına bayatılar deməyindən...sevincnən kədərin bir yerdə yaşanmağlnan.

Zeynəb Xanımın cox köməyi olmuşdu Şükürün Bakıya gətirilməsində.Deyirdilər ki Zeynəb xanım Heydər Əliyevdən bu ailə ücün xahiş etmişdi...Şükürü Atası və bacıları görsün.

Sonra Şükür qayltdı Amerikaya...Abbas Baba rəhmətə getdi....Gənc yola saldığı oğlunu yaşlı amma cox yaraşıqlı olduğunu gördü və öldü...Bütün Ağdam Abbas Babanı son mənzilə yola saldı...İnanın dəfni bəlkə də Ağdamda ən cox adam olan dəfn mərasimi idi...Gözümün qabağındadır.

Sonra Abbas Babanın məzarı da əsir düşdü.

O iki bacı da qacqın həyatı yaşadılar.

Zeynəb Xanlarovanın o yaxşılığı yadımdan cıxmır.