adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2019 10:34
23362
DÜNYA
A- A+

Ukrayna MSK: Seçkinin qalibi Vladimir Zelenskidir - YENİLƏNİB

Ukrayna Mərkəzi Seçki Komissiyası ötən keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı məlumat yayıb.

Ukrayna MSK-dan bildirilib ki, protokolların 90 faizindən çox sayılıb və Vladimir Zelenski seçkilərin qalibidir.

Məlumata görə, Zelenski seçicilərin 73,18 faizinin səsini toplayıb.

Onun rəqibi Pyotr Poroşenko isə cəmi 24.49 faiz səs yığıb.
Seçkinin yekun nəticəsinin aprelin 30-da elan ediləcəyi bildirilir.

**

21 aprel


Ukraynada bu gün keçirilən prezident seçkilərinin ikinci turunda exit-poll-un son nəticələri elan edilib.


Exit-poll-un yekun nəticəsinə görə, müxalif namizəd Vladimir Zelinski seçicilərin 73 faiz səsini qazanıb.


Hazırki prezident Pyotr Poroşenko isə cəmi 26 faiz səs qazanıb.