adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2019 10:56
8308
MƏMLƏKƏT
A- A+

Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu palataya köçürülüb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda uşağın vəziyyəti orta stabildir və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Uşağın quduzluq xəstəliyinə yoluxmasının qarşısı alınıb və bunun üçün ona vaksin vurulub. Vaksinlərin vurulması davam etdiriləcək.

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir.