adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2019 10:18
10968
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: YUBANMIŞ MƏSLƏHƏT

Buludu daşla dolu
Gözümdən, asma yolu...
Qönçəsi yaşla dolu -
Gülümə bulaşarsan...

Kökdən düşdükcə şurum
Könlüm bağlayır qurum...
Səndən aralı durum -
Külümə bulaşarsan!..

Keçməsin ələ yaxan...
Qordu dilimdən yağan!..
Durma , get , mənə baxan -
Zülümə bulaşarsan...

Yükümü şad çəkmirəm
Əlindən dad çəkmirəm...
Sondu, mən ad çəkmirəm -
Ölümə bulaşarsan!..