adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2019 16:56
22131
DÜNYA
A- A+

Türkiyədə müxalifət liderinə hücum olub

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb.

NTV telekanalının məlumatına görə, hadisə Ankara ətrafındakı qəsəbələrin birində hərbçinin dəfn mərasimində baş verib.

Bildirilir ki, bir qrup şəxs Kılıçdaroğlunun ünvanına sərt ifadələr işlədib, aqressiv hərəkətlər edib, ona yaxınlaşmağa cəhd edib. Lakin partiya liderinin mühafizə xidməti hücum edənlərin kənara itələyə bilib, bundan sonra Kılıçdaroğlu çətinliklə olsa da avtomobilə əyləşib.

Qeyd olunur ki, insident zamanı xəsarət alan olmayıb. Hazırda Kılıçdaroğlu polisin nəzarətində təhlükəsiz yerdədir.