Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Zidan transferdən danışdı Adalet.az | Zidan transferdən danışdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Zidan transferdən danışdı

7003    |   2019-04-21 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mənə nəyin lazım olduğunu əla bilirəm. Klub rəhbərliyi ilə transferlər haqqında danışacağam. Amma kimləri transfer etmək istədiyimizi açıqlamayacam".

Qol.az-ın Marca"ya istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan yay transfer pəncərəsi planları haqda danışarkən deyib.

O bildirib ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres kluba qayıdan zaman onun qarşısına hər hansı şərt qoymayıb: "Biz nə etmək lazım olduğunu, həmçinin oyunçular haqda danışmışıq. Baxaq, hansı transferlər alınacaq. Amma dəyişiklik olacaq".

Zidan yeni futbolçular almaq üçün bəzi oyunçuları satacaqları iddialarına da münasibət bildirib: "Bu haqda danışmaq üçün bizə vaxt lazım olacaq. Bu, istənilən oyunçu ola bilər. "Real" həmişə ən yaxşı futbolçuları komandaya dəvət edir. Bu, klub üçün yaxşı mövsüm deyil. Vəziyyəti dəyişmək lazımdır".

"Real"ın baş məşqçisi futbolçusu Qaret Beylin klubdakı gələcəyinin hələlik müzakirə etmədiklərini də vurğulayıb.

Qeyd edək ki, "Real"ın Eden Hazard ("Çelsi"), Pol Poqba ("Mançester Yunayted", Luka Yoviç ("Benfika") və Matteys de Liqti ("Ayaks") transfer etmək istədiyi iddia olunur.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK