adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Aprel 2019 16:04
13611
İDMAN
A- A+

Anrinin yeni klubu

"Monako"nun sabiq baş məşqçisi Tyerri Anrinin yeni klubu müəyyənləşmək üzrədir.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, MLS liqası təmsilçisi "Nyu-Yrok Red Bulls"in rəhbərliyi fransız mütəxəssisi klubun baş məşqçisi təyin etməyə qərar verib. Bu keçidin rəsmən gələn həftə elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Anri futbolçu kimi 2010-2014-cü illərdə sözügedən klubda oynayıb. O, ABŞ klubunda 135 matçda 52 qol vurub.