adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2019 15:37
6605
GÜNDƏM
A- A+

Azərbaycan XİN Şri-Lankadakı terroru pislədi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada çoxsaylı insanın ölümü və yaralanması ilə nəticələnən terror aktlarını pisləyib.

Adalet.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "Tvitter" hesabında məlumat paylaşılıb.

XİN terror qurbanlarının ailələrinə və Şri-Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, bu gün Şri-Lankada silsilə partlayışlar törədilib. Qanlı terror aktları nəticəsində 185-dən çox insan həlak olub.