viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı Adalet.az | Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı

4267    |   2019-04-21 15:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Onların təxminən 25-i şagirddir.

Adalet.az xəbər verir ki, məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şuralarının digər əlaqələndiriciləri iştirak edib.

Giriş sözü ilə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə işləməsi bizim üçün olduqca vacibdi.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu bildirib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib addımdı. O, nəzərə çatdırıb ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.

Məktəbdə kitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb. Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, "Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.



İmza:

672 bal toplayan abituriyent ADU-nu seçib

Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı"

Vasif Talıbov yüksək bal toplayan tələbələrə mükafat verdi

Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb

Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?

DİM dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərə müraciət edib

4501 abituriyent ərizəsini təsdiqləyib

ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi tanıtım video çarxın çəkilişinə start verir

Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da

SON XƏBƏRLƏR
2019-08-20
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK