warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur Adalet.az | İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur

4841    |   2019-04-20 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda yarışlar əla təşkil olunur. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinin iştirakçısı, israilli gimnast Daria Atamanova deyib.

O, Bakıda təlim-məşq toplanışında olduğunu, yarışda isə ilk dəfə iştirak etdiyini bildirib:

"Burada çıxış etmək çox xoşuma gəldi. Milli Gimnastika Arenasının zalı çox gözəl, böyükdür, məşqlər üçün çox rahat zonası var. Turnir əla təşkil olunub, hər şey yüksək səviyyədədir, gimnastlar çıxışlara düz vaxtında başlayırlar".

D.Atamanova iplər və topla tapşırıqları daha yaxşı yerinə yetirdiyini, bununla belə, nəticəsindən tam razı qalmadığını söyləyib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.




İmza:

«QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR!

DÜNYANIN ƏN UNİVERSAL FUTBOLÇUSU

Naxçıvan klubu 14-cü dəfə Azərbaycan çempionu oldu

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

AvroLiqanın final gecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Polis baş leytenantı Ədilə Qurbanova qızıl medal aldı - FOTO

Henrix Mxitaryan Bakıya gəlməyəcək

“Arsenal”dan AvroLiqanın finalı ilə bağlı yeni bəyanat

Bakı klubu 13 futbolçunu yola saldı - Siyahıda Kamran Ağayev də var

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq?

Ramazan ayının 11-ci gününün DUASI - İmsak və iftar vaxtı

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK