adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Aprel 2019 17:49
5769
HADİSƏ
A- A+

Bakıda itkin düşən 23 yaşlı qız tapıldı

Bakıda itkin düşən qız tapılıb.

Trend-in məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 52-də yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmzadə Anagil İlqar qızı aprelin 14-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rüstəmzadə aprelin 18-də tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.