warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq Adalet.az | “Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

8076    |   2019-04-20 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndoneziyada ənənəvi olaraq hər il keçirilən "Europe on Screen” (Avropa Ekranda) film festivalı çərçivəsində "Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 18-30 aprel tarixlərində keçirilən 19-cu "Europe on Screen” Film Festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısa metrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaqdır. Festival zamanı "Əli və Nino” filmi İndoneziyanın Cakarta şəhərində 2 dəfə olmaqla, eləcə də Medan və Surabaya şəhərlərində ümumilikdə 4 dəfə nümayiş olunacaqdır.

Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyni adlı romanı əsasında çəkildiyini və ilk dəfə 1937-ci ildə işıq üzü gördüyünü bildirib. O, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu film Əli və Nino arasındakı ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.

Film kinosevərlər tərəfindən olduqca böyük maraqla qarşılanıb.




İmza:

Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

Afaq Bəşirqızı məmurlara çağırış etdi - “Sənətkarların qədri bilinməlidir"

Fariz Vəliyev: "Qarşımızda duran əsas məqsədimiz..."

Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

SABAH da Bakıda 28 muzeyə giriş pulsuzdur

YAP gənc rəssamları mükafatlandırıb

Cəbrayıllı toxucular qədim Qarabağ xalçalarına yeni həyat verir

“Keçmişə sənət səyahəti” olacaq

Lənkəran teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub

Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur”

YUNESKO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK