adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Aprel 2019 17:01
11895
ƏDƏBİYYAT
A- A+

Fazil Mustafanın yeni kitabları təqdim olundu - FOTOLAR

Bu gün Böyük Qurtuluş Partiyasının rəhbəri, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə deputatlar – Aqil Abbas, Musa Quliyev, Fəzail İbrahimli, eləcə də "Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı, professor Qulu Məhərrəmli, yazıçılar, ayrı-ayrı media qurumunun rəhbərləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan media eksperti, professor Qulu Məhərrəmli Fazil Mustafanın müəllifi olduğu kitablar haqda məlumat verib.

O bu kitablarda günümüzün düşüncəsini, həyatını özündə əks etdirən sanballı, dəyərli materiallar yer aldığını bildirib: "Fazil Mustafa bu kitablarla günümüzə abidə qoyub”.

Deputat Fəzail İbrahimli çıxışında Fazil Mustafanı böyük düşüncə insanı kimi xarakterizə edib və bu kitabların sərrast düşüncə məhsulu olduğunu diqqətə çatdırıb.


Digər çıxışçılar Aqil Abbas, keçmiş deputat Rəbiyyət Aslanova da müəllif və kitabları haqda öz fikirlərini bildiriblər.

Deputatlar Elxan Süleymanov, Musa Quliyev, professor Rafiq Əliyev, ONA agentliyinin rəhbəri Vüsalə Mahirqızı da çıxış edərək müəllif və kitabları haqda öz fikirlərini bildiriblər.

Çıxışçılar Fazil Mustafanın cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən sevilən şəxsiyyət olduğunu, təqdim etdiyi kitabların tariximiz və günümüzlə bağlı bir sıra vacib məsələrə fərqli yanaşma baxımından qiymətli əsərlər olduğunu deyiblər.



Fazil Mustafanın təqdim edilən "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları”, "Düşünürüksə varıq”, "Sağlam düşüncə alternativi”, "İslam qorxusu və müsəlman qorxusu”, "Doğru düşüncənin hikməti” adlı kitablarında müəllifin ötən əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş siyasi cərəyanlarla bağlı tədqiqatları, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair məqalələri, düşüncə üzərində fəlsəfi baxışları, İslam dini haqda publisistik və elmi məqalələri yer alıb.