adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Aprel 2019 14:30
10202
SİYASƏT
A- A+

Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik

Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

O deyib: "Biz Azərbaycanın islahatların keçirilməsində səylərini dəstəkləyirik. Azərbaycan bu sahədə böyük irəliləyişə nail olub".

Diplomat qeyd edib ki, Azərbaycan hələ gənc ölkədir, hələ bir çox işlər görülməlidir:

"Biz hökumətin iqtisadi, sosial sektorlarda və vətəndaş cəmiyyəti sahəsində islahatlarını dəstəkləyirik".