adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2019 12:38
7850
MƏMLƏKƏT
A- A+

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib.

"Təmiz Şəhər” ASC-dən Adalet.az-a verilən məlumata görə, hər üç qurumun əməkdaşlarının iştirak etdiyi aksiyada 1000 ədəd ağac əkilib.

Ağaclar əkilən ərazidə xüsusi suvarma sistemi qurulub. "Təmiz Şəhər” ASC-nin əməkdaşları daim ağaclara qulluq edəcək.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, IDEA-nın, İqtisadiyyat Nazirliyinin və "Təmiz Şəhər”in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib.

Qeyd edək ki, son illər yaşıllığa çevrilən və çox sayda ağac əkilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantı qoxusu, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. "Təmiz Şəhər” ASC fəaliyyətə başladıqdan sonra isə qısa müddətdə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşısı tamamilə alınıb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradılıb və tullantıların düzgün qəbuluna başlanılıb.