adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Aprel 2021 11:36
74097
HADİSƏ
A- A+

Ağdamlı şəhid qardaşların cənnətdə ilk doğum günü : Unutmayacağıq!

Ağdamlı şəhid qardaşların cənnətdə ilk doğum günüdür.

Adalet.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.  Bu  böyük qələbəni bizə Azərbaycan Ordusu yaşatdı. O qaliblərdən biri də Ağdam rayonunun Çullu kəndində eyni gündə dünyaya gələn və eyni gündə də şəhidlik zirvəsinə ucalan Nazir və Tacir Allahverdiyev qardaşlarıdı.  Müzəffər Ordumuzun igidləri 2020 –ci ilin 24 oktyabrında   Füzuli rayonu uğrunda döyüşlərdə  şəhid olub. Bu gün gun Tacir və Nazirin  doğum günüdür.

 

 

Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən müharibəsində iştirak edərək Xocavənd istiqamətində bir yerdə döyüşüblər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq doğulduqları Çullu kəndində torpağa tapşırılıblar.

 

Qeyd edək ki Şəhid qardaşlar ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Əntiqə Rəşid