adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 Aprel 2019 10:59
19333
MƏMLƏKƏT
A- A+

TANRI SƏNİ QORUSUN, QIZIM!

Füzuli rayonundan çıxmış və SSRİ-də keçirilmiş Riyaziyyat üzrə Olimpiyadada dəfələrlə 2 və 1-ci yeri tutmuş Qarayev Mübariz Zəfər oğlunun qızı da atasının uğurlarının davamını gətirir. Belə ki, Meksikada doğulan və orada məktəbə gedən Fidan Qarayevanın istetadı atası tərəfindən aşkar edilir. Atasının hazırlığı ilə 250 milyonluq Meksikada riyaziyyat üzrə 3-cü yerə çıxır, 1 il sonra 1-ci yere çıxır və qızıl medal qazanır. Dünya olimpiyadasına vəsiqə qazanan Fidan bu dəfə Azərbaycanı təmsil etmək qərarına gəlir və Azərbaycana köçürlər. Bir neçə gün əvvəl keçirilmiş Riyaziyyat üzrə qızlar arasında keçirilmiş dünya olimpiyadasında Fidan Qarayeva bürünc medal qazanır. Bu Azərbaycan riyaziyyat tarixində qızlar arasında qazanılan ilk qızıl medal olur. Dünya riyaziyyat tarixində isə qızlar arasında ilk azyaşlı qızdır ki, 13 yaşında bürünc medal qazanır. Xatırladaq ki, riyaziyyat olimpiyadasında yaş məhdudiyyəti yoxdur.
Azərbaycanı və Füzuliləri bu medal münasibəti ilə təbrik edirik.