adalet.az header logo
  • Bakı 18°C
20 Aprel 2019 10:36
10189
SİYASƏT
A- A+

Oqtay Əsədov MDB-nin Parlamentlərarası Assambleyasının iclasında iştirak edib

Aprelin 19-u Sankt-Peterburqda MDB-nin Parlamentlərarası Assambleyasının 49-cu iclası keçirilib.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı iclasda Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə hüquq, iqtisadiyyat, maliyyə, elm və təhsilə aid 11 modal qanun layihəsi müzakirə olunub.

Təsdiqlənmiş sənədlər MDB ölkələrinin qanunlarında istifadə edilməsi üçün bu ölkələrin qanunverici orqanlarına təqdim edilib.

İclas çərçivəsində müdafiə, təhlükəsizlik, siyasi məsələlərə dair komissiyaların yığıncaqları da keçirilib.

Sonda tədbir iştirakçıları birgə mətbuat konfransı keçiriblər.