adalet.az header logo
  • Bakı 18°C
19 Aprel 2019 17:23
11022
SİYASƏT
A- A+

Azərbaycan, Türkiyə və Türkmənistan enerji məsələlərini müzakirə edəcəklər

Türkiyə, Azərbaycan və Türkmənistanın energetika nazirləri Fatih Dönmez, Pərviz Şahbazov və Çarımırat Purçekov birgə görüş zamanı enerji məsələlərini müzakirə edəcək.

Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, üçtərəfli görüş aprelin 19-da İstanbulda keçiriləcək:

"Görüş zamanı birgə enerji layihələrinin, eləcə də bu sahədə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir”.