warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Moskva danışıqlarından nə gözləyək? Adalet.az | Moskva danışıqlarından nə gözləyək? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Moskva danışıqlarından nə gözləyək?

4024    |   2019-04-19 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə Moskvada keçirilən görüşü müəyyən məqamlarla irəliyə atılmış addım olsa da, məsələnin həllinə hərtərəfli zəmin yaratmır. Çünki keçirilən bu kimi görüşlərdən sonra Ermənistanın rəhbərləri, yüksək rütbəli hərbçiləri, müəyyən siyasi dairələri bir-birinə zidd olan fərqli fikirlər səsləndirir və münaqişənin gərginləşməsinə səbəb ola biləcək bəyanatlar verirlər.

Bu mülahizələr Ermənistanın ayrı-ayrı dairələr tərəfindən idarə olunduğunu göstərir və onun acınacaqlı vəziyyətindən xəbər verir.

Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada baş tutan görüşünə və bu görüşdən sonra verilən bəyanatların, ilkin razılaşmaların Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Qarabağ münaqişəsi zəminində hakimiyyətə gələn və bu fonda hakimiyyətini qoruyub-saxlamağa cəhd edənlər ölkənin çıxılmaz vəziyyətə düşməsinin, kimlərinsə quluna çevrilməsinin fərqində deyillər:

"Onlar populist çıxışlarla, millətçi bəyanatlarla xalqı ələ almağa, sakitləşdirməyə, ümidləndirməyə çalışırlar.

Ermənistanın baş naziri Paşinyanın, eləcə də, müdafiə nazirinin, ayrı-ayrı millətçi şəxslərin çıxışları da məhz bu məqsədə xidmət edir.

Ancaq reallıqlar başqa nəticələri göstərir, yəni Ermənistanın iqtisadi, siyasi, mənəvi böhran içərisində yaşamasından, xalqın keçmiş və indiki ölkə rəhbərlərinə nifrətindən, etimadsızlığından xəbər verir.

Azərbaycanın iqtisadi inkişafından və hərbi qüdrətindən xəbərdar olan erməni xalqı müharibə başlayarsa, hansı bəlalara düçar olacağını yaxşı anlayır.

Bu səbəbdən də onların çoxu müharibə istəmir, orduya övlad verməkdən imtina edir, ölkənin acınacaqlı vəziyyəti haqqında açıq-aşkar bəyanatlar səsləndirirlər.

Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və bu səbəbdən ATƏT-in, beynəlxalq təşkilatların vasitəçiliyindən, hər hansı görüşlərdən imtina etmir. Ancaq bu görüşlər səmərəli olmalı, münaqişənin gələcək həlli üçün imkanlar yaratmalıdır. Əks təqdirdə, hərbi yolun seçilməsi qaçılmazdır. Bunu erməni xalqı və rəhbərləri yaxşı anlamalıdırlar”.




İmza:

Tahir Rzayev: İndiki məqamda mitinq lazımdırmı? - Yox!

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi

Rusiya XİN-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

“Bizdəki sürət qatarıdır” - Cavid Qurbanov

İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİB

Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir

Rusiya XİN: Zelenski böyük səhv etdi

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Deputat: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür

Ziyafət Əsgərov: "Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlətdir"

Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı

İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir

SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK