adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Aprel 2019 16:33
8444
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.